Azərbaycanın Dünya İqtisadiyyatında Rolu-Kurs İşi » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Azərbaycanın Dünya İqtisadiyyatında Rolu-Kurs İşi

Azərbaycanın Dünya İqtisadiyyatında Rolu-Kurs İşi

  • 7-12-2016, 22:27
  • 211
  • 0
  • İqtisadiyyat kitabları
 Azərbaycanın Dünya İqtisadiyyatında Rolu-Kurs İşi
Azərbaycan Dünya İqtisadiyyatı Sistemində
Azərbaycan İqtisadiyyatı
Azərbaycanın Xarici Ticarət Dövriyyəsi
Azərbaycanın İnvestisiya Mühiti

GİRİŞ
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi davamlı və yüksək templidir. Dünya iqtisadiyyatında xarici ticarət əməliyyatları və investisiya qoyuluşu hazırkı beynəlxalq iqtisadi prosesdə həyati əhəmiyyətə malikdir. Ölkəmizin bu istiqamətdə yürütdüyü siyasətə uyğun fəaliyyətinin müsbət yekunları göz qabağındadır. Azərbaycan Prezidenti İlham Əliyev dövlətin xarici siyasətinin mahiyyəti və uğurları barədə vurğulayıb: "Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur... Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyalar ilə də bağlı olacaqdır. Belə olan halda dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız bir o qədər uğurlu olacaqdır”.
Azərbaycan iqtisadiyyatı dedikdə bu termin altında Azərbaycan xalqının, əhalisinin maddi rifahı, güzəranı, dövlətin gəliri, çıxarı, xariclə əlaqələri, onun gücü, əhalinin iqtisadi baxımdan təhlükəsizliyi başa düşülür. Hazırki dövrdə iqtisadiyyat dedikdə çoxları sadəcə bir şey düşünürlər: istehsal üsullarının fərqləndirilməsi xüsusiyyəti. Keçmişdə iqtisadiyyat dedikdə bu anlaşılırdı. Ancaq indi müasir dövrdür. İqtisadiyyat geniş anlayışa çevrilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı dedikdə onun xalqının maddi rifahı, ordusu, taktikası başa düşülür. Məhz bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev demişdir: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Azərbaycan iqtisadiyyatı daha nələri ifadə edir? İlk baxışda bu anlayış təkcə Azərbaycan adlanan məkanı təmsil etmir. Çox dərinə getmədən sadəcə bunu söyləyə bilərik ki, Azərbaycan nefti 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi”nin iştirakçısı olan ölkələrin iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Odur ki, iqtisadiyyatımız ölkəmizin sütunu olmaqla yanaşı, dərindən düşündükdə, həm də ümumilikdə, dünya iqtisadiyyatının bir hissəni təşkil edir.
Dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1993-cü ildən başlayaraq iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə bölmək olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir model – Azərbaycan modeli yaranmışdır.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10 faizdən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85 faizə çatmışdır.
Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.
Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçımızın regionlarımızın sosial-iqtisadi inkişafına dair dövlət proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə bir milyondan çox iş yeri açılmışdır. Yeni iş yerlərinin açılması, müasir standartlara cavab verən müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayını artırmış, ixracdan asılılığı azaltmışdır. Halbuki, həmin dövrdə Rusiyada işsizlik son həddə çatmışdı.


AZƏRBAYCAN DÜNYA İQTİSADİYYATI SİSTEMİNDƏ
Qlobal maliyyə-iqtisadi böhranı nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Eyni zamanda, Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real artım tempinə görə region ölkələri arasında lider olmaqla yanaşı, müvafiq göstərici üzrə dünya miqyasında da yüksək yerdə qərarlaşmışdır. Belə ki, ilin yekunlarına əsasən, 2009-cu ildə ÜDM-in real artımı 2008-ci illə müqayisədə 9,3 faiz, əhalinin hər nəfərinə düşən ÜDM-nin real həcmi isə 7,9 faiz təşkil etmişdir. ÜDM-nin 64,1 faizi iqtisadiyyatın istehsal, 28,3 faizi xidmət sahələrinin payına düşmüş və bu sahələrdə real artım müvafiq olaraq 10 faiz və 9,1 faiz təşkil etmişdir. 2009-cu ildə neft-qaz sektorunda real artım 14,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz olmuş və eləcə də sənaye sektorunda real artım tempi 12,8 faiz, nəqliyyatda 9,3 faiz, rabitədə 13,1 faiz, ticarətdə 9,9 faiz təşkil etmişdir.
Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Eləcə də, "Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti "Stabil”dən "Pozitiv”ə yüksəldilmişdir.
Növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır. Həmçinin ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətləndiriləcəkdir.
Son on ildə dövlət başçısının yürütdüyü siyasət ölkə iqtisadiyyatını dinamik bir mərhələyə gətirib çıxarmışdır. Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabət qabiliyyətli məhsul istehsalına təkan verəcək və iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi problemlərin həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulub ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür. Daxili investisiyaların da həcmi artmaqdadır. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 20 dəfə artıb, 46 milyard dollar həcmində valyuta ehtiyatı toplanıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard dollar olub. Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmi 23,5 dəfə artaraq 2012-ci ilin sonuna 12,24 milyard manat, dövlət büdcəsinin gəlirləri 19 dəfə artaraq 17,28 milyard manat, əsas kapitala investisiyalar 7 dəfə artaraq 15,41 milyard manat olub. Azərbaycan son 10 ildə sənaye məhsulu istehsalını 2,8 dəfə (34,57 milyard manatadək), kənd təsərrüfatı məhsullarının istehsalını 1,5 dəfə (4,84 milyard manat), İKT və rabitə xidmətinin həcmini 9 dəfə (1,44 milyard manat), tikinti işlərinin həcmini 14 dəfə (7,72 milyard manat), pərakəndə ticarətin dövriyyəsini 3 dəfə (18,24 milyard manat), yükdaşımaları 2,1 dəfə (210,86 milyon ton) artırıb. Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə artaraq 2012-ci ildə 33,56 milyard manata çatıb, xarici ticarət tərəfdaşlarının sayı isə 128-dən 155-dək artıb. Xarici investisiyaların həcmi 4,6 dəfə artaraq 10,31 milyard dollara çatıb.
Son on il - 2003-2013-cü illər Azərbaycan iqtisadiyyatı üçün yaddaqalan olub, Azərbaycan tarixində son 10 ildə əldə edilən iqtisadi artım əvvəlki tarixlərdə belə qeydə alınmayıb. Son 10 ildə ÜDM 16 dəfə artmışdır. Adambaşına düşən ÜDM son on ildə 10 dəfəyə yaxın artıb və digər makroiqtisadi göstəricilərdə də artım qeydə alınıb. Son 10 ilin özünü makroiqtisadi artım aspektindən qiymətləndirsək, son 5 ilin özündə də fərqli tendensiya – həm iqtisadi artım, həm də iqtisadiyyatın şaxələnməsi özünü göstərir. 2010-cu ildən neft sektorunda azalma müşahidə edilsə də, bu azalmalar ÜDM-dəki artım tempinin qarşısını ala bilməyib. Bu da onunla bağlı olub ki, qeyri-neft sektorunda 2010-cu ildən başlayaraq kəskin artımlar olub, bu da məhz ÜDM-dəki ümumi artım tempini qoruyub saxlayıb.
Son illər qeyri-neft sektorundakı artım tempi təxminən 10 dəfəyə yaxın olub ki, bu da qeyri-neft sektorundakı artıma görə digər MDB ölkələri ilə müqayisədə xeyli çoxdur. Bu iqtisadiyyatın dayanıqlığı baxımından olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda, ÜDM-də qeyri neft sektorunun payının 56 faizə yüksəlməsinə gətirib çıxarıb. Neft sektorundan asılılığın aradan qaldırılması baxımından bu, olduqca əhəmiyyətlidir. Bütövlükdə son 10 ili birinci və ikinci beş illiklər kimi qiymətləndirmək daha düzgün olar.
Birinci beş ili məhz neft sektorundakı inkişaf və neft gəlirlərindən əldə edilən vəsait hesabına iqtisadi artımın təmin edilməsi kimi xarakterizə etmək olar. İkinci beşillik isə daha çox iqtisadiyyatda şaxələnmənin aparılması üçün qeyri-neft sektorunun dəstəklənmməsi aspektindən qiymətləndirilə bilər. Bütövlükdə bu 10 ilin yekunları ondan ibarətdir ki, iqtisadiyyatda şaxələnmə meylləri var. 2012-ci ildə son onillikdə ilk dəfə olaraq ixracatda qeyri - neft sektorunun payı artıq ikirəqəmli olub ki, bu da məhz ixracatda neft sektorundan asılılığın xeyli dərəcədə azalmasından xəbər verir. Son illər ÜDM-də, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında qeyri-neft sektorunun payında artım var. Bu baxımdan ikinci beşillik iqtisadiyyatın şaxələnməsi ilə, eyni zamanda, qeyri-neft sektorundakı artım hesabına iqtisadi artımdakı dayanıqlalığın qorunması illəri kimi xarakterizə edilə bilər.
Əlbəttə ki, bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyatına malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi” adlandırırıq.


AZƏRBAYCAN İQTİSADİYYATI
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata kecmişdi. Hazırda 2014-2018-ci illər ücün regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur. Son 10 il ərzində (2003-2013) Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalmışdır.
Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business-2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Növbəti "Doing Business” hesabatlarında da Azərbaycan öz müsbət mövqeyini qoruyub saxlamışdır. Eləcə də, "Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti "Stabil”dən "Pozitiv”ə yüksəldilmişdir. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. 2014-cü ilin yanvar-sentyabr aylarında ÜDM-in real artım tempi 2.5% təşkil etmiş və cari qiymətlərlə 44.1 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 4696.3 manat (5887.9 ABŞ dolları) təşkil etmişdir.


AZƏRBAYCANİN XARİCİ TİCARƏT DÖVRİYYƏSİ
Azərbaycanın müstəqillik qazanması onun həm qonşu ölkələrlə, həm də dünya ölkələri ilə iqtisadi, həmçinin xarici ticarət əlaqələrinin artmasına təkan vermişdir. Xarici ticarət sahəsində həyata keçirilən tədbirlər xarici ticarət sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə və xarici ticarət əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Ölkədə azad iqtisadiyyat, özəl bölmənin inkişafı, respublikanın həm siyasi, həm də iqtisadi nüfuzu və yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yar atmışdır. Hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sayı getdikcə artır. Xarici ticarətin strukturu dəyişikliyə uğradığı kimi, onun ticarət partnyorlarının da tərkibi dəyişib. Belə ki, əgər ölkənin ticarət partnyorlarının sayı 1997-ci ildə 84, 1999-cu ildə isə 121 ölkə olmuşdursa, hal-hazırda onların sayı 150-ə yaxın olmuşdur.
Əvvəllər Azərbaycanın əsas ticarət partnyorlarını MDB ölkələri təşkil edirdisə, indi bu nisbət Avropa Birliyi olkələrinin xeyrinə dəyişib. MDB ölkələri arasında Azərbaycanla ən cox ticarət dövriyyəsinə malik olan olkə Rusiya Federasiyasıdır. Bu ölkənin Azərbaycanın ticarət dovriyyəsindəki payı 50%-dir. Digər MDB ölkələri ilə müqayisədə Rusiyanın daha böyük üstünlüyə malik olmasının səbəbi bu ölkənin Azərbaycanın kənd təsərrufatı məhsulları üçün böyük bazara sahib olmasıdır. Azərbaycanla Rusiya arasında keçmişdə mövcud olmuş iqtisadi-ticari əlaqələr də bu dovriyyənin artmasında başlıca rol oynayır.
Son dövrlərdə, xüsusilə xarici neft şirkətlərinin Azərbaycanın neft sektoruna iri həcmli investisiyalarından sonra ölkənin xarici ticarət dövriyyəsində Avropa Birliyi ölkələrinin rolu artmağa baslayıb. Bu tendensiya Bakı- Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsindən sonra xüsusilə nəzərə çarpır. Azərbaycan Avropa Birliyi, ABŞ, Norveç, Kanada, Türkiyə, İsveçrə və Yaponiyanın Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə qoşulmuşdur ki, bu da Azərbaycan mənşəli malların bu bazarlara rüsumsuz və ya aşağı rüsumlarla daxil olmasına imkan verir.Bununla yanaşı Azərbaycan Respublikası Rusiya, Qazaxıstan, Ukrayna, Moldova, Belarus, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan ilə Sərbəst ticarət haqqında Saziş imzalamışdır. Yalnız Rusiya və Qazaxıstan ilə imzalanmış sazişlərdə spirtli içkilər və tütün məmulatları sərbəst ticarət rejimindən istisna edilmişdir.
Azərbaycanın Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi xarici ticarət dövriyyəsinin əsas hissəsinin məhz bu qitələrdə yerləşən ölkələrlə qurulmasına şərait yaradır. 2011-ci ildə İxrac-idxal əməliyyatlarının 67.8%-i Avropa, 22.6%-i isə Asiya qitəsi ölkələri ilə aparılmışdır. Xarici ticarət dövriyyəsində İtaliya, Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyənin xüsusi çəkisinin böyük olduğu müşahidə olunur. Belə ki, 2011-ci ildə xarici ticarət dövriyyəsinin 26,4%-i İtaliya, 12,8%-i Fransa, 7,8%-i Rusiya, 6,7%-i ABŞ 4,8 %-i Türkiyə, 4% Ukrayna, 3,8%-i isə Almaniya ilə olmuşdur.
Xarici ticarət dövriyyəsində ixracatda 35.2%-lə İtaliya, idxalda isə 16.8%-lə Rusiya öndə durur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə idxal-ixracın strukturu da zənginləşir. Son illər ərzində xaricə ixrac olunan mühüm növ məhsulların siyahısı artmışdır. 2003-cü ildə Azərbaycandan 1218 adda mal ixrac olunurdusa 2011-ci ildə bu rəqəm 2082-ə yüksəlmişdir. Xarici ölkələrə göndərilən malların əsas hissəsini mineral məhsullar, o cümlədən xam neft və neft emalı məhsulları təşkil edir. Bununla yanaşı, qeyri-neft məhsullarından ərzaq malları, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, toxuculuq materialları ixrac olunmuşdur. Eyni zamanda Azərbaycandan ixrac olunun ərzaq məhsulları sırasında çay, bitkidən hasil olan piylər və yağlar, marqarin, şəkər, makaron məmulatları, meyvə və tərəvəz konservləri də xüsusi çəkiyə malik olub.
Azərbaycanın iqtisadi gücünü göstərən daha bir məqam ölkənin elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlamasıdır. Yeni generasiya güclərinin yaradılması, infrastruktur imkanlarının genişləndirilməsi artıq Azərbaycanı elektrik enerjisi ixracatçısına çevirmişdir. Ölkənin elektrik enerjisi satışını və mübadiləsini həyata keçirdiyi ölkələr - Rusiya, İran, Gürcüstan və Türkiyədir.
Dövlət tərəfindən kənd təsərrüfatına məqsədyönlü şəkildə qoyulan investisiyalar artıq öz bəhrəsini verir. Belə ki, ötən illərlə müqayisədə ölkəmizə bir sıra kənd təsərrüfatı məhsullarının idxalı azalmışdır. Bu isə o deməkdir ki, istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə əhalisinin tələbatını ödəmək qabiliyyəti artmışdır. Diqqətçəkən digər məqam budur ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, 2010-cu ilin yekunlarına görə, bu göstərici 18,6 faizə bərabər olmuşdur. Bu da təsadüfi deyil. Çünki ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan 2008-ci il avqustun 25-də təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır. İdxal olunan mallarda isə nəqliyyat vasitələri və onların hissələri, elektrotexnika avadanlığı, quru, hava və su nəqliyyatı vasitələri, ərzaq malları, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, mebel və onun hissələri, əçzacılıq məhsulları üstünlük təşkil edir.
2002-ci ildən başlanan yeni dövr sosial - iqtisadi inkişafın dayanıqlı xarakter alması, bazar iqtisadiyyatına keçid dövrünün başa çatması və ölkənin beynəlxalq əmək bölgüsündə layiqli yer tutması xarici ticarət dövriyyəsinin yüksəlişinə səbəb olmuşdur. Hazırda özəl bölmənin xüsusi çəkisinin 85 faizi ötməsi xarici dövlətlərlə aparılan ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox alıcı tapmaqdadır. İstehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır. Son 10 ildə xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir.
Xarici ticarət dövriyyəsinin dinamikasındakı artım aşağıdakı kimidir:
2003-cü il ərzində respublikanın rezident və qeyri - rezidentləri tərəfindən 129 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5217881.0 min dollar olmuşdur. Bu müddətdə 1218 adda mal ixrac, 5266 adda mal isə idxal olunmuşdur.
2005-ci il ərzində 137 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 8547276,0 min dollar olmuşdur. İl ərzində 2102 adda mal ixrac, 5740 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 146483,6 min dollar təşkil etmişdir.
2006-cı ildə isə 140 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11637208,6 min dollar olmuşdur. 2242 adda mal ixrac, 5935 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1107016,9 min dollar təşkil etmişdir.
2007-ci ildə 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11766862,9 min dollar olmuşdur. 2454 adda mal ixrac, 6755 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 349735,9 min dollar təşkil etmişdir.
2008-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 141 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 54919697,3 min dollar olmuşdur. Bu müddət ərzində 2127 adda mal ixrac, 5893 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 40592761,4 min dollar təşkil etmişdir.
2010-cu ilin yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 27,924 mlrd. dollar təşkil etmişdir. Malların ixrac həcmi 21,324 mlrd. dollar, idxalı isə 6,599 mlrd. dolları olmuşdur. Xarici ticarət dövriyyəsindəki müsbət saldo 14,725 mlrd. dollar təşkil etmişdir. Azərbaycandan 2186 adda məhsul ixrac, 6057 adda məhsul isə idxal olunmuşdur.
2011-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2010-cu illə müqayisədə 29,92% artaraq 36,326 mlrd. dollar təşkil etmişdir. Ölkədən ixrac edilən malların həcmi 26,57 mlrd. dollar təşkil edib ki, bu da 2010-cu ilin göstəricilərindən 24,39% çoxdur. İdxal həcmi isə 9,755 mlrd. dollara bərabər olmuşdur. Bu isə 2010-cu ilin göstəricisindən 47,81% artıq olmuşdur. Ümumilikdə, 2011-ci ildə Azərbaycandan 2082 adda məhsul ixrac, 6233 adda məhsul isə idxal olunmuşdur. Əmtəə dövriyyəsində müsbət saldo 16,814 mlrd. dollara bərabər olmuşdur. Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərinin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması xarici ticarət dövriyyəsinin həcminin gələcəkdə də artacağına zəmin yaradır. Bu gün aşkardır ki, müasir şəraitdə heç bir dövlət beynəlxalq iqtisadi, ticari əlaqələr qurmadan özü inkişaf edə bilməz. Azərbaycan dövlətinin yürütdüyü xarici siyasəti şəffafdır, açıqdır, səmimidir, qarşılıqlı etimada əsaslanır. Bu isə dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa səbəb olmaqdadır. Azərbaycanda həyata keçən nəhəng beynəlxalq iqtisadi layihələr digər ölkələrin də maraqlarına xidmət edir, çünki bu səmərəli əlaqələr neçə-neçə dövlətin iqtisadiyyatının dirçəldilməsinə və tərəqqisinə də səbəb olmaqdadır. Hazırda ölkəmiz beynəlxalq enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır və bu mövqe daim möhkəmlənir. Makroiqtisadi proqnozlara görə, bu il ölkədə ümumi daxili məhsul istehsalının 55 milyard manat və yaxud da 70 milyard dollar olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 4,5 faiz artım deməkdir. Yüksəliş qeyri-neft sektorunun sürətli inkişafı nəticəsində əldə ediləcəkdir. Bu sürətli artım Azərbaycanı bir neçə ildir ki, sərmayə cəlb edən ölkədən donor ölkəyə, kredit yönəldən dövlətə çevirib. Hazırda xarici sərmayə qoyuluşu milyardlarla dollar
həcmindədir, bu sahədə ölkəmizə müraciət edən dövlətlərin sayı artır və bu fəaliyyət sahəsinin sərhəddi daim genişlənir. Azərbaycanın kapital yönəltdiyi nəhəng transmilli layihələrin də həm iqtisadi, sosial həm də siyasi əhəmiyyəti çox böyükdür. Bu layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatmaq üzrədir. Bu nəqliyyat dəhlizinin reallaşması Pekindən Londona qədər iki qitə arasında əlaqə yaradacaq, onlarca dövlət bu tranzit xəttindən istifadə edə biləcəkdir. Digər bir layihə —TANAP-ın da çox böyük iqtisadi və siyasi əhəmiyyəti vardır. Dövlət başçısı bu barədə demişdir: "TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridir və bunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdiririk. Bizim liderliyimizin sayəsində bir çox ölkələr fayda götürəcəklər. Çünki bugünkü dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq mümkün deyil”.



AZƏRBAYCANIN İNVETİSİYA MÜHİTİ
Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

Qanunvericilik
Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.

Lisenziyalar
Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən, 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmiş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.

"Bir pəncərə" sistemi
Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" s istemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir.
Həmçinin, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının "bir pəncərə" prinsipi ilə həyata keçirilməsinə başlanılmışdır.
Aparılan islahatların davamı olaraq, 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması nəzərdə tutulmuşdur və "bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Kordinasiya Şurasına həvalə edilmişdir.

Gömrük rejimi və vergitutma

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilmişdir ki, həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir. Həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilmişdir. Həmçinin, "Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanına əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3% baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqi ödəniləcəkdir. Eyni zamanda "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir.
Hazırda suverenlik və iqtisadi müstəqillik yoluna qədəm qoymuş Azərbaycanın xarici ölkələrlə qarşılıqlı fayda verən əlverişli iqtisadi əlaqələri genişlənməkdədir. Belə bir əlaqələrin yaradılması üçün Azərbaycanda həm istiqlaliyətmizin iqtisadi təməlinin möhkəmləndirilməsini edə biləcək ictimai-siyasi qüvvə və həm də zəruri iqtisadi potensial imkanları mövcuddur. Bu baxımdan xarici iqtisadi əlaqələrin genişləndirilməsi və iqtisadi fəaliyyətin səmərəliliyinin təmin olunması üçün aşağdakı istiqamətlərdə iş aparılmalıdır:
-Ölkənin ixrac potensialının düzgün qiymətləndirilməsi və onun inkişaf istiqamətlərinin düzgün qiyməytləndirilməsi və onun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
-İdxal əvəzedici sahələrin inkişaf imkanları və prespektivlərinin araşdırılması
-Xarici maliyyə-kredit resurslarının Azərbaycan Respublikasına cəlb edilməsi
-İqtisadi təhlükəsizlik konsepsiyasının işlənməsi və reallaşdırılması.
-İnteqrasiya prosesinin tənzim edilməsi və.s.
Azərbaycanın müstəqillik elan edildiyi ilk gündən həyata keçirdiyi tədbirlər ölkənin xarici iqtisadi əlaqələr sahəsində "açıq qapı” siyasəti yeritdiyini göstərir .
Hazirda Azərbaycanın iqtisadiyyatının qarşısında duran mühüm problem idxalın və ixaracın strukturunu təkminləşdirilməsindən ibarətdir və ona nail olmaqdır. Bütün bunları nəzərə alaraq Azərbaycan- da həyata keçirilən xarici ticarət və struktur siyasəti idxal və ixracın strukturunu təkminləşdirilməyə yönəldilmişdir. Texnolji imkanların məhdudluğu üzündən Azərbaycan yenə də xammal ixarc edən ölkə kimi qalır. Azərbaycan istehsal etdiyi pambığın, şərab yarımfabrikatlarının, fermentləşdirilmiş tütünü, kimya xammalını, neft məhsulları xammalını elektronika sənayesinin yüzlərlə adda komplekləşdirici məmulatı son məhsul həddinə çatmadan Azərbaycandan kənara göndərməli olur. Dünya bazarında əlverişli yer tutmaq tutmaq üçün xarici ticarət əlaqələrini yeni təşkilati keyfiyyət mərhələsinin dünya bazarının inifikasiya olunmuş oyun qaydaları əsasında qütbüləşməsi təmiz vasitəçi ticarətin kəskin azalması, məhsul və kapital bazarının qarşılıqlı qovuşmasının güclənməsi və s.kimi tələbləri Azərbaycanın xarici ticarət strategiyasının əasını təşkil edir.
Xarici iqtisadi fəaliyyətin strateji istiqamətlərindən olan və ölkəyə valyuta daxil olmalarının əsas mənbəyi kimi çıxış edən ixaracın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir . Azərbaycan iqtisadiyyatında açıq qapı siyasəti ölkənin iqtisadi ntəhlükəsizliyini təmin etməlidir. Daxili bazar dünya bazarında baş verən dəyişiliklərin və xarici rəqabətin təsirindən qorunmalıdır. Azərbaycanın mövcud iqtisadi potensialı bir tərəfdən ixracda hazır məhsulların xüsusi ,əkisini artırmaq üçün, digər tərəfdən isə idxalı əvəz edən istehsahsalın təşkili üçün yaxşı zəmin yaradır. Bu işdə isə xarici investisiyaların Azərbaycana cəlb edilməsi xüsusi rol oynayır.
Qeyd etməliyik ki, hazırda Azərbaycanın beynəlxalq iqtisadi əlaqələr sisteminin düzgün təşkil edilməsi xeyli dərəcədə dövlətin pul-kredit və xeyli büdcə vergi ünsürləri arasındakı sıx qarşılıqlı əlaqə və uzlaşmadan asılıdır. Azərbaycan respuplikasının milli bankının həyata keçirdiyi pul-kredit siyasəti, hər şeydən əvvəl milli valyutanın sabitliyini təmin edilməsi və inflyasiyanın qarşısının alınması və ölkənin valyuta ehtiyatlarının artmasına yönəldilməlidir.Azərbaycan hökuməti beynəlxalq maliyyə təşkilatları ilə iqtisadi islahatların həyata keçirilməsi məqsədi ilə kreditlər ayrılması haqqında razılıq əldə edib. Kredit haqqındqa razılıq eyni zamanda Avropa yenidənqurma və inkişaf bankı, İslam inkişaf bankı və digər maliyyə inistutları ilə imzalanıb.Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda xarici kapitalın hesabına sahibkarlığın inkişafı müstəsna əhəmiyyət kəsb edir. Xarici sahibkarları inkişaf etdirmək üçün milli mənafe ilə xarici sahibibkarların mənafeyini qarşılıqlı əlaqələndirmək lazımdır. Bunun üçün xarici sahibkarların investisya fəaliyyəti üçün xarici və daxili şərait formalaşmalıdır. Hazırda Azərbaycanda yaranmaqda olan işgüzar müəssisələrin bir qrupu texnoloji, idarəçilik və razılaşmaları üzrə əməliyyatları yerinə yetirirlər. Bu cür işgüzarlıq yerli müəssisələr tərəfindən həyata keçirilir. Xarici müəssisələr isə razılaşmaya əsasən gəlir əldə edir. Bu növ investisiyaları lisenziya, idarəçilik, marketinq və daimi əsaslarla digər xidmət satışı haqqında razılaşmalar daxildir.
Bütün bunlar onu göstərir ki, xarici iqtisadi əlaqələrin əsaslı islahatlar üçün güclü bir amilə çevrilməsi və Azərbaycanın beynəlxalq əmək bölgüsündə yerini və rolunu müəyyən etməklə, onun elmi cəhətdən əsalandırılmış xarici iqtisadi fəaliyyətin strategiyası hazırlanmalıdır. Beləliklə, xarici iqtisadi fəaliyyətin strategiyası dünya bazarında rəqabətə davamlı sahələrin inkişafı hesabına Azərbaycanın ixracat potensialının artması, idxalı əvəz edən məhsulların ölkədə istehsalının təşkili hesabına idxalın səmərələşdirilməsi, idxalın texnolji avadanlıqlar və lisenziyaların alınmasına yönəldilməsi, istehsal edilən məhsulların keyfiyyətinin daxili şərtlərvə beynəlxalq standartlara cavab verməsi, texnolagiyanın modelləşdirilməsi və istehsahsalın inkişafı üçün xarici investisiyaların Azərbaycana cəlb edilməsi, valyuta, ixrac-idxal əməliyyatlarından istifadə etməklə strateji növ xammalın ölkədən kənara çıxarılmasının və iqtisadi inteqrasiya proseslərinin tənzimlənməsi məsələlərinə yönəldilməlidir.


NƏTİCƏ
"Doing business 2017" hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, "Xarici ticarətin aparılması" göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannəmələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, "Vergilərin ödənilməsi" göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz "Biznesə başlama" göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), "Xarici ticarətin aparılması" göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, "Doing Business 2017" hesabatının "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib. Bundan başqa, "Əmlakın qeydiyyatı" (22), "Kiçik investorların maraqlarının qorunması" (32), "Vergilərin ödənilməsi" (40), "Müqavilələrin icrasının təmin edilməsi" (44) indikatorları üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq, 190 ölkə arasında ilk 50-likdə qərarlaşıb. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksi 2016-2017" hesabatı - Azərbaycan bu hesabatda 138 ölkə arasında 37-ci yerdə qərarlaşmışdır. Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB ölkələri arasında 1-ci yerdə qərarlaşır. Hesabatda Azərbaycan "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə 26-cı, "makroiqtisadi sabitlik" göstəricisi üzrə isə 39-cu yerdədir.
Bu gün Azərbaycan beynəlxalq iqtisadi əlaqələrinin ancaq ənənəvi təsəvvürlər əsasında, yəni ölkədə artıqlıq edən istehsal amillərinin ixracı və qıt olan istehsal amillərinin idxalı prinsipi əsasında qurmaq mütləq zərurət deyildir. Yanacaq sənayesinin üstün inkişafı və ixrac yönümlüyünə müəyyən dövr ərzində iqtisadiyyatın digər sahələrinin inkişafı üçün ancaq istinad kapitalının mənbəyi kimi baxılır. Bu isə Azərbaycanın struktur investisiya siyasətinin strateji məqsədi kimi qiymətləndirilir. Qeyd edək ki, dünya dövlətləri ilə sərbəst iki tərəfli əlaqə, beynəlxalq iqtisadi inteqrasiya prosesinin surətləndirilməsi və dünya bazarı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar açılmışdır. Azərbaycanın ümumidünya təsərüfatı ilə çoxtərəfli və intensiv inteqrasiyasındakı uğurlar xeyli dərəcədə xarici ticarət əlaqələri ilə bağlıdır. Bu işdə Azərbaycanda xarici ticarətin və valyuta tənzimlənməsinin liberallaşdırılması mühüm addım olmuşdur. Bu gün dünyada baş verən köklü keyfiyyət dəyişilikləri, o cümlədən beynəlxalq əmək bölgüsünün yeni əsaslar üzərində dərinləşməsi, qlobal problemlərin kəskinləşməsi, elmi-texniki tərəqqinin inqilabi xarakter alması və s. Beynəlxalq iqtisadi münasibətlərdə inteqrasiya prosesində obyektiv zərurətə çevirilmişdir. Bunun nəticəsidir ki, hazırda tədricən iqtisadi sərhədlərin silinməsi, bütün dünyada eyni qanunlara tabe olan vahid iqtisadi məkanın yaranması prosesi gedir. Dünya dövlətləri dünya təsərüfat sisteminə fəal surətdə qoşulmaqla bir tərəfdən özlərinin müvafik ehtiyyatları olmadığı halda belə cəmiyyətin təlabatını daha dolğun ödəmək, iqtisadiyyatın səmərəli strukturunun formalaşdırmaq və s. bu kimi mühüm problemləri həll etmək, digər tərfdən isə özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar.

ƏDƏBİYYAT SİYAHISI
1. http://www.azerbaijans.com/content_716_az.html
2. http://www.stat.gov.az/macroeconomy/index.php?mode=desktop
3. Dünya iqtisadiyyatı: müasir dövrün problemləri .(Monoqrafiya).Bakı, "Bakı Universiteti” nəşriyyatı, 2003.
4. http://www.cesd.az/m177.htm
5. http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=86:investisiya&catid=17:investisiyalar&Itemid=139&lang=az
6. Əliyev M.T. Azərbaycan iqtisadiyyatının formalaşması və inkişaf problemləri. Bakı, 2001

Etiketlər: Azərbaycan Dünya İqtisadiyyatı Sistemində, Azərbaycan İqtisadiyyatı, Azərbaycanın Xarici Ticarət Dövriyyəsi, Azərbaycanın İnvestisiya Mühiti



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.