Gömrük siyasəti, əsas istiqamətləri » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Gömrük siyasəti, əsas istiqamətləri

Gömrük siyasəti, əsas istiqamətləri

Gömrük siyasəti, əsas istiqamətləri

Xarici ticarət XİF-in ən mühüm forması olub bu fəaliyyətin 80%-ə qədərini təşkil edir. Bu baxımdan xarici ticarətin tənzimlənməsi milli iqtisadiyyat üçün çox mühüm əhəmiyyətə malikdir. Bu gün dünya təsərrüfatında baş verən proseslər, elmi-texniki inqilab və beynəlxalq əmək bölgüsünün dərinləşməsi fonunda istehsalın və kapitalın beynəlmiləlləşməsi düşünülmüş xarici ticarət siyasətinin aparılmasını zəruri edir. Xarici ticarət siyasəti – xarici ticarətin tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən iqtisadi, inzibati, təşkilati və hüquqi tədbirlərin məcmusudur. Bu proseslər dövlətlər arasında ticarət iqtisadi əlaqələrin genişlənməsi, çoxmillətli sahibkarlığın və xüsusilə TMK-ların fəaliyyətinin miqyasının genişlənməsi, xarici ticarət əlaqələrinin rolunun artması və son nəticədə dövlətlərin qarşılıqlı iqtisadi asılılığının güclənməsində əks olunur. Müxtəlif dövlətlərin XTS-nin formalaşmasına dünya bazarındakı rəqabət mübarizəsi, ödəniş balanslarının artan uyğunsuzluğu da təsir göstərir. Bu səbəblər xarici ticarət siyasətində iki meylin – proteksionizm və freetrederçilik, yaxud liberalizmin daimi qarşılıqlı təsirini doğurur. Proteksionizm - daxili bazarın xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasına və bir sıra hallarda isə xarici bazarın tutulmasına yönəlmiş xarici ticarət siyasətidir. Proteksionist tədbirlərin tətbiqi açıq ziddiyyətli xarakterə malikdir. Bir tərəfdən proteksionist tədbirlər ayrı-ayrı mal və xidmətlərin daxili bazarını qoruyaraq yerli istehsalçılara yardım etməyi nəzərdə tutur və bununla iqtisadiyyatın inkişafını sürətləndirir. Digər tərəfdən, eyni tədbirlərin istifadə olunması rəqabət qabiliyyəti aşağı olan və perspektivsiz sahələrə yönələrsə bu iqtisadiyyatın inkişafını ləngidə bilər. Proteksionizmin əksinə olaraq liberalizm siyasəti gömrük rüsumlarının və XİƏ-in inkişafına mane olan digər maneələrin zəiflədilməsi və tədricən aradan qaldırılmasını nəzərdə tutur. Proteksionizm və liberalizm yalnız ölkələrin XİS-nin spesifikasını yox, həm də beynəlxalq əmək bölgüsündəki dəyişikliklərə reaksiyanı əks etdirir. Xarici ticarət siyasəti sayı daim artan geniş tədbirlər dairəsinin köməyi ilə həyata keçirilir.

 



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.