Azərbaycanda gömrük tənzimlənməsinin xüsusiyyətləri » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Azərbaycanda gömrük tənzimlənməsinin xüsusiyyətləri

Azərbaycanda gömrük tənzimlənməsinin xüsusiyyətləri

Azərbaycanda gömrük tənzimlənməsinin xüsusiyyətləri.

Gömrük tənzimləməsi dedikdə - gömrük sərhəddindən mallar və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması başa düşülür. Azərbaycan Respublikasında gömrük tənzimləməsi - AR-nın gömrük qanunvericiliyinə, xarici ticarətin dövlət tənzimləməsinə dair digər qanunvericiliyə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. Gömrük tənzimləməsi vasitələri içərisində gömrük işinin mühüm tərkib hissələri olan gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsi, gömrük prosedurları, gömrük statistikası və XİF ƏN aparılması mühüm əhəmiyyət daşıyır. AR Gömrük Məcəlləsinin 82.3 maddəsinə görə, AR-nın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri istisnasız olaraq gömrük nəzarətindən keçməlidir. Gömrük nəzarəti dedikdə - gömrük orqanları tərəfindən gömrük işi haqqında AR qanunlarına, həmçinin icrasına nəzarət AR gömrük orqanlarına həvalə edilmiş AR –nın digər qanunvericiliyinə və AR –nın dövlətlərarası müqavilələrinə riayət edilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər toplusu başa düşülür. Gömrük nəzarətinin anlayışından göründüyü kimi, gömrük nəzarətinin məqsədi – AR nın Gömrük məcəlləsi, AR Gömrük Tarifi haqda Qanunu,AR-nın digər qanunları, normativ sənədləri və eləcə də AR-nın qoşulduğu beynəlxalq ticarətin və ümumiyyətlə xarici iqticadi fəaliyyətin tənzimlənməsi üzrə beynəlxalq müqavilələrin normalarına əməl olunmasının təmin edilməsidir. Gömrük nəzarətinin obyektlərinə AR-nın gömrük sərhəddindən keçirilən mallar və nəqliyyat vasitələri, onlar haqda sənəd və məlumatlar, bu mallara aiddiyyəti olan fiziki və hüquqi şəxslər - mal sahibləri, onların adından fəaliyyət göstərən şəxslər, gömrük brokerləri, bəyannaməçi, gömrük daşıyıcısı və s., onların sənədləri, faktiki vəziyyətin malların gömrük sərhəddindən keçirilməsi qaydalarına uyğunluğu, bəyannaməçi tərəfindən mallar və nəqliyyat vasitələri barəsində seçilmiş gömrük prosedurlarına riayət olunması aiddir.



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.