Gömrük rəsmiləşdirilməsi » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Gömrük rəsmiləşdirilməsi

Gömrük rəsmiləşdirilməsi

Gömrük rəsmiləşdirilməsi

AR-nın Gömrük Məcəlləsinə görə ölkənin gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri gömrük rəsmiləşdirilməsindən keçməlidirlər.

Gömrük rəsmiləşdirilməsi – AR GM-nin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Mallar və nəqliyyat vasitələri AR –nın gömrük sərhəddindən yalnız gömrük orqanları tərəfindən müəyyən olunmuş yerlərdə və gömrük orqanının iş vaxtında keçirilə bilər. Bununla bərabər müstəsna hallarda mallar və nəqliyyat vasitələri gömrük sərhəddindən gömrük orqanlarının iş vaxtından kənar vaxtda və başqa yerlərdən də, ancaq gömrük orqanları iə razılaşdırılaraq keçirilə bilər. Mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, malları göndərənin və ya alanın, yaxud onların struktur bölmələrinin yerləşdiyi yer üzrə gömrük orqanının fəaliyyət zonasında, bunun üçün müəyyən olunmuş yerlərdə və gömrük orqanının iş vaxtında aparılır. Gömrük orqanlarının razılığı ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və gömrük orqanının iş vaxtından kənar vaxtda da aparıla bilər. AR DGK ayrı-ayrı kateqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını AR-nın müəyyən gömrük orqanlarına həvalə edə bilər. Məsələn, Azərbaycanda avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Bakı şəhərində bu sahədə ixtisaslaşmış xüsusi gömrük postunda həyata keçirilir. Aksiz vergisinə cəlb olunan malların da gömrük rəsmiləşdirilməsi "Aksiz” gömrük məntəqəsində aparılır. Mallar və nəqliyyat vasitələri barədə səlahiyyətli şəxslər və onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər. Gömrük orqanı göstərilən şəxslər və onların nümayəndələrinin gömrük rəsmiləşdirilməsində iştirakını tələb edə bilər. Bu halda, həmin şəxslər gömrük rəsmiləşdirilməsinin aparılmasında gömrük orqanının vəzifəli şəxslərinə kömək etməlidirlər.



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.