Gömrük orqanlarının hüquqi tənzimlənməsi » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Gömrük orqanlarının hüquqi tənzimlənməsi

Gömrük orqanlarının hüquqi tənzimlənməsi

Gömrük orqanlarının hüquqi tənzimlənməsi

Azərbaycan Respublikasının gömrük orqanlarının apardığı işlərin strukturu və xarakteri əsasən bu qurumun vahid sistem təşkil edən hüquq-mühafizə orqanı kimi çıxış etməsinə əsaslanır. Azərbaycan Respublikasında gömrük orqanları dünya ölkələrində olduğu kimi xüsusi səlahiyyətli dövlət idarəetmə orqanlarına daxildir. Gömruk orqanlarının əsas məqsədi ölkənin iqtisadi suverenliyini və iqtisadi təhlükəsizliyini qorumaqdır. Gömruk işinin hüquqi, iqtisadi və təşkilati əsası Azərbaycan Respublikasının Gömrük Məcəlləsi tərəfindən təyin edilir. Gömrük işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının hökuməti həyata keçirir.

Regional gömrük idarələri Azərbaycan Respublikasının DGK-si ilə yerli gömrük idarələri arasında keçid təşkil edir. Gömrükxanalar və gömrük postları bir qayda olaraq onlardan malların və nəqliyyat vasitələrinin keçdiyi sərhəd məntəqələrində, çay və dəniz postlarında və hava limanlarında yaradırlar. Müasir qaydada dövlət sərhədlərinin iqtisadi qorunması çox mühüm əhəmiyyət kəsb edir, belə ki, bir çox hallarda qanunsuz olaraq Azərbaycan Reespublikasındfan kənara strateji xammal, mədəniyyət əşyaları, valyuta və digər qadağan olunmuş əşyalar, həmçinin silah, narkotik maddələr keçirməyə cəhd edilir. Ölkədən daşımaq və ölkəyə daşımaq zamanı gömrük rüsumları məsələlərini tənzimləyən qanunvericiliyin pozunması müşahidə edilir. Bütün bunlar Azərnaycanın kənd təsərrüfatına, iqtisadiyyatına və mədəniyyətinə çox böyük ziyan vurur. Gömrük mühitində idarəetmə vətəndaşların, iqtisadçı şəxslərin, dövlət orqanlarının hüquqlarını təmin etmək, onların gömrük işi sahəsində vəzifələrini yerinə yetirmək məqsədilə həyata keçirilir. Gömrük işi sahəsindəki normativ aktlar gömrük orqanları ilə xarici iqtisadi fəaliyyət ( XİF ) iştirakçıları arasında yaranan münasibətləri tənzimləyir. Gömrük işini həyata keçirən icra hakimiyyəti orqanı və strukturundan olan bölmələri ilə xarici iqtisadi fəaliyyət iştirakçıları arasındakı münasibətlər mürəkkəb hüquqi münasibətlər sistemi ilə idarə olunur.



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.