Gömrük nəzarəti, obyektləri, subyektləri və əsas formaları » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Gömrük nəzarəti, obyektləri, subyektləri və əsas formaları

Gömrük nəzarəti, obyektləri, subyektləri və əsas formaları

Gömrük nəzarəti, obyektləri, subyektləri və əsas formaları

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə, gömrük nəzarəti – gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər toplusudur. Dövlət sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şəraitin yaradılması adına Azərbaycan Respublikası dövlət sərhəddinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə” prinsipi 2009-cu il 1 yanvarda tətbiq edilmişdir. Mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti bir-birindən seçilir. Mallara gömrük nəzarəti dedikdə,idxal (gətirilən), ixrac (aparılan) və tranzit mallarına gömrük nəzarəti növləri nəzərdə tutulur. Gömrük nəzarətinin həyata keçirilməsində malların ayrı-ayrı mühüm xassələri böyük əhəmiyyət kəsb etdiyindən gömrük nəzarətinin yarımnövləri kimi əl yükünə, müşaiyət olunan və olunmayan baqaja gömrük nəzarətini göstərmək olar.

Nəqliyyat vasitələrinə gömrük nəzarəti onların növündən asılı olaraq aşağıdakı kimi təsnifatlandırılır:

a) dəniz gəmilərinə gömrük nəzarəti;

b) çay gəmilərinə gömrük nəzarəti;

c) dəmiryol qatarlarına gömrük nəzarəti;

ç) hava gəmilərinə gömrük nəzarəti;

d) avtonəqliyyat vasitələrinə gömrük nəzarəti.

Əməkdaşlıq edən ölkələrin gömrük orqanlarının gömrük nəzarətində iştirakının xarakterindən asılı olaraq aşağıdakı nəzarət nvöləri seçilə bilər:

1) ikitərəfli gömrük nəzarəti (hər ölkənin gömrük orqanı ayrılıqda gömrük müayinəsi həyata keçirir);

2) birtərəfli gömrük nəzarəti (ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti (müayinəsi həyata keçirir);

3) birgə gömrük nəzarəti (hər iki dövlətin gömrük orqanlarının birgə gömrük nəzarəti

(müayinəsi) həyata keçirilir)

Gömrük nəzarətinin həyata keçirilmə formalarına görə aşağıdakı növləri var:

1) mal və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılması;

2) mal və nəqliyyat vasitələrinə gömrük baxışı;

3) mal və nəqliyyat vasitələrinin gömrük müayinəsi


SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.