Bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsi » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsi

Bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsi

  • 5-09-2015, 21:03
  • 2593
  • 0
  • Iqtisadi məqalələr

Bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsi

 

Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyatı tənzimləmə obyektlərinə aiddir:

1.İqtisadi tsikllar;

2.İqtisadiyyatın strukturu;

3.Kapitalın yığım şəraiti;

4.Məşğulluq;

5.Pul dövriyyəsi;

6.Tədiyyə balansı;

7.Qiymətlər;

8.Elmi-tədqiqat və təcrübə-layihə işləri;

9.Rəqabət şəraiti;

10.Sosial münasibətlər;

11.Kadrların hazırlanması;

12.Ətraf mühit;

13.Xarici iqtisadi əlaqələr;

14.İqtisadiyyatın dövlət tənzimlənməsi;

Dövlətin iqtisadiyyata təsirinin başlıca növlərindən biri qiymət tənzimlənməsidir. Qiymətlərin dövlət tənzimlənməsi hökumət tərəfindən qiymətlərin səviyyə və nisbətlərinin ölçülməsinə yaxud stabilləşdirilməsinə yönəldilmiş müxtəlif vasitələrə malik olduğu hüquqlardan və maddi imkanlardan istifadə edilməsinə əsaslanır. Ümumiyyətlə, qiymət sistemi ən vacib amillərdən biri olub bütövlükdə iqtisadi mexanizmin formalaşmasında və fəaliyyətində xüsusi rol oynayır. Qiymət vasitəsilə istehlakçı ilə istehsalçı, müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə icarədarlar, müəssisə ilə müəssisə arasındakı iqtisadi münasibətlər formalaşır və inkişaf edir. Qiymət istehsalın öz nəticələrini də qiymətləndirməyin ölçü meyarıdır. Ona görə də qiymət sisteminin düzgün qurulması, onun səviyyəsinin elmi əsaslar üzrə müəyyənləşdirməsi son dərəcə vacib bir məsələdir və bu həmişə iqtisadi siyasətin mərkəzi nöqtələrindən biri olmalıdır.

Bazar iqtisadiyyatında dövlətin qarşısında dayanan müxtəlif məqsədlər dövlət tərəfindən həyata keçirilən funksiyaları müəyyənləşdirir. Bu funksiyaların həyata keçirilməsi üçün dövlətin əlində bir sıra vasitələr vardır ki, bunlardan da ən mühümlərinə aiddir: dövlətin pul və fiskal siyasəti; sosial siyasət və gəlirlərin tənzimlənməsi siyasəti; xarici iqtisadi siyasət və s.

Qiymətlərin tənzimlənməsi makroiqtisadi tənzimləmənin tərkib hissəsidir. Bazar münasibətləri şəraitində qiymət bir tərəfdən iqtisadi prosesləri idarə etmə vasitəsi kimi çıxış edir, digər tərəfdən isə özü dövlət tərəfindən tənzimlənir.

Qiymət əmələgəlməsinin əsas prinsipi ondan ibarətdir ki, qiymətlər alıcı ilə satıcı arasında razılaşmalar əsasında müəyyən edilsə də, dövlət müəyyən əmtəələrin, xidmətlərin və ya ayrı-ayrı müəssisələrin məhsullarının qiymətlərinin tənzimlənməsinə müdaxilə etmək hüququnu özündə saxlayır. Bu qiymətlərin tənzimlənməsi adlanır.

Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri aşağıdakılardır:

- tənzimlənmənin bazar münasibətləri və iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi baxımından həyata keçirilməsi;

- iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun stimullaşdırılması;

- inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;

- təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində ölkənin sosial-iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması;

- dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin səmərəliliyinin dünya bazar qiymətlərinin nəzərə alınması;

- məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə alınması;

- qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin ödənilməsi;

- inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi;

- qiymətləri tənzimlənən məhsulları (malları, işləri, xidmətləri) istehsal edən təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şəraitin yaradılması;

- qiymət amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı təsirindən istifadə edilməsi.

Qiymətlərin tənzimlənməsi aşağıdakı üsullardan istifadə etməklə həyata keçirilir:

1. qiymətləri təsdiq etməklə;

2. qiymətlərin səviyyəsini məhdudlaşdırmaqla;

3. qiymətdə rentabellik normasının səviyyəsini məhdudlaşdırmaqla;

4. vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişməklə;

5. imtiyazlı (güzəştli) kreditlər verməklə;

6. dövlət büdcəsindən subsidiya verməklə;

7. tənzimlənən qiymətlərin tətbiq edildiyi məhsulun (malın, işin, xidmətin) qiymətlərini müxtəlif istehlakçı qrupları üzrə fərqləndirməklə.

Qiymətlərin dövlət tənzimlənməsinin səviyyəsi iqtisadi vəziyyətlə birbaşa əlaqəlidir. O, böhran hallarında, inflyasiyanın gücləndiyi, məhsul qıtlığı yarandığı, iqtisadiyyatın daha tez qurulması zamanı gücləndirilir, böhrandan çıxdıqdan sonra isə nisbətən zəifləyir.

 



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.