Bazar iqtisadiyyatına keçid » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Bazar iqtisadiyyatına keçid

Bazar iqtisadiyyatına keçid

  • 5-09-2015, 21:05
  • 3021
  • 0
  • Iqtisadi məqalələr

Bazar iqtisadiyyatına keçid.

 

Keçid iqtisadiyyatı 2 iqtisadi sistemin ünsürlərini özündə birləşdirən və bir iqtisadi sistemdən digərinə keçid funksiyasını yerinə yetirən spesifik bir iqtisadi sistem kimi xarakterizə olunur. Keçid iqtisadiyyatında əsas məqsəd yeni iqtisadi sistemi formalaşdırmaq və onun iqtisadi əsaslarını yaratmaqdan ibarətdir. Keçid iqtisadi münasibətləri üçün ümümi bir hal xarakterikdir. Bu da ondan ibarətdir ki, o həm köhnə, həm də yeni yaranmaqda olan cəmiyyətin iqtisadi münasibətlərinin əsas cəhətlərini və xassələrini özündə birləşdirir. Keçid dövründə 2 iqtisadi sistemin ünsürləri fəaliyyət göstərdiyinə görə eyni bir mərhələdə iqtisadiyyatın sabitləşdirilməsi və tənzimlənməsi mexanizmi də müxtəlif olur. Bir iqtisadi sistemdən digərinə keçid 2 formada təzahür edir:

I Təkamül yolu- ardıcıl. Yəni bazar elementlərinin tədricən yaradılması. Təkamül yolunda ilk mərhələ kənd təsərrüfatında islahatların aparılmasından başlanır. Kənd təsərrüfatında keçmiş adət-ənənə, kustar, fərdi istehsal mövcuddur ki, bu sahələrin inkişafı digər sahələrin inkişafını sürətləndirir.

II Şok terapiyası(inqilabi)- islahatların intensiv, az vaxta həyata keçirilməsi. Şok terapiyası əsasən 2 istiqamətdə həyata keçirilir: a) stabil antiinfilyasiya proqramının hazırlanması; b) geniş institusional islahatların aparılması Şok terapiyası çox ağır maliyyə çətinliyinin, mal qıtlığının, böhranların aradan qaldırılması tədbirlərini əhatə edir. Şok terapiyası strategiyası göstərir ki, maliyyə sabitliyi yaradılmalıdır, tarazlıq balaslaşdırılmalıdır və stabilləşdirmə tədbirləri infilyasiya prosesləri ləğv edilməyə doğru yönəldilməlidir..

İnzibati-amirlik sistemindən əsasən bazar münasibətlərinə əsaslanan qarışıq iqtisadi sistemə keçməsi, keçid iqtisadiyyatının liberallaşdırılmasını və bazarın institutsional-hüquqi bazasının yaradılmasını tələb edir. Burada köhnə iqtisadi sistemin prinsipləri əsasında fəaliyyət göstərən müəssisələrdə yeni, bazar tənzimləmə mexanizmi tədricən fəaliyyət göstərməyə başlayır.

Bazar iqtisadiyyatına keçidin qarşısında duran əsas vəzifələr bunlardır:

1.Dövlətsizləşdirmə və özəlləşdirmə.

2.Bazar infrastrukturunun formalaşması.

3.İqtisadiyyatın inhisarsızlaşdırılması.

4.Qiymətin sərbəstləşdirilməsi.

5.Maliyyənin stabilləşdirilməsi.(infilyasiya prosesi, tarazlığın balanslaşması, infilyasiya və defilyasiyaya yol verməmək.)

6.Bazar iqtisadiyyatına uyğunlaşmaq üçün əhalinin sosial dəstəklənməsi.

 

Bir sözlə bazar münasibətlərinə keçid, iqtisadiyyatın dövlətsizləşdirilməsini, özəlləşdirilməsini, sahibkarlığın inkişaf etdirilməsini, bazar infrastrukturunun formalaşmasını, tədricən qiymət üzərində dövlət nəzarətinin kəskin surətdə zəifləndirilməsi kimi sair mürəkkəb problemlərin həll edilməsini tələb edir. Yeni iqtisadi sistem formalaşdıqca, onun yetkinlik səviyyəsi yüksəldikcə, köhnə iqtisadi sistemin tədricən dağılması prosesi sürətlənir.

Qeyd edək ki, hazırda respublikamız da SSRİ dağıldıqdan sonra digər postsovet ölkələri kimi iqtisadi islahatların gedişində inzibati amirlik sistemindən müasir bazar iqtisadiyyatına keçid dövrünü yaşayır. Xüsusi ilə qeyd etməliyik ki, keçid prosesi onilliklərlə davam edən bir prosesdir. Keçid prosesini sürətləndirmək məqsədi ilə hər bir ölkə öz məxsusi(spesifik) xüsusiyyətlərini nəzərə alaraq proqramlar işləyib hazırlayır və həyata keçirməyə çalışır.

Giriş.

Bazar iqtisadiyyatı nədir?

 

Bazar iqtisadiyyatı - çoxlu müəssisə və ailə təsərrüfatlarının əmtəə və xidmətlər bazarlarında qarşılıqlı münasibətdə olarkən, verdikləri müstəqil qərarları vasitəsilə sərvətləri bölüşdürən iqtisadiyyatdır. Bazar iqtisadiyyatı, iqtisadi sistemlərin təsiri altında formalaşmışdır. Bəşəriyyətə hələlik bazar iqtisadiyyatından səmərəli iqtisadiyyat məlum deyil. Bazar iqtisadiyyatı insanın özünü reallaşdırılmasına güclü stimul yaradır, əmək və təsərrüfat fəallığının yüksəlməsi imkanını artırır, ETT-ni sürətləndirir. Bazar iqtisadiyyatı özünəməxsus genetin əsaslara malikdir. Bu aşağıdakılarla səciyyələrir: inkişaf etmiş ictimai əmək bölgüsü, özəl və qarışıq mülkiyyətin hakim mövqedə olması, əmtəə təsərrüfatının geniş dairəyə malik olması, əmtəə istehsalına yeni vahidlərin, o cümlədən iş qüvvəsinin daxil olması, tələb və təklifin yüksək dinamikliyi, rəqabət dairəsinin və gücünün, bazar sisteminin daim əhatəlilik dərəcəsinin artması, iqtisadi demokratikləşmə, iqtisadi azadlıq, liberallaşdırma, mənfəətin hərəkətverici qüvvəyə çevrilməsi(daim artan mənfəətə nail olma), istehsal və bazar infrastrukturlarının genişlənmə meylinin güclənməsi və s.

Bazar anlayışı.

Bazar daim təkrar olunan alqı-satqı aktlarının və mübadilə dairəsində sosial-iqtisadi münasibətlərin məcmusudur. Bazar münasibətlərinin maddi əsasını əmtəələrin və pulların hərəkəti təşkil edir. Həmin münasibətlər nəticəsində mallar realizə edilir və onlarda tamamlanmış əməyin ictimai xarakteri qəti olaraq müəyyənləşdirilir. Beləliklə, bir sözlə desək, Bazar əmtəələrin tədavül sferası olub, əmtəə tədavülü prosesini tamamlayır, məhsulun pula və əksinə pulun məhsula çevrilməsini həyata keçirir.

Sadə şəkildə "bazar” anlayışı alıcılarla satıcıların görüşdükləri məkan, yer mənasını verir. Alıcı və satıcının bir araya gəldiyi bu yerdə mallar(məhsullar, xidmətlər, ideyalar) alınıb satılır. Buradan da belə deyə bilərik ki, bazar-iqtisadi kateqoriya olub, konkret iqtisadi münasibətləri, alıcılarla(tələblə) satıcıların(təkliflə) əlaqələrinin məcmusudur.

Mənbələrdə bazarın 6-7 min il əvvəl meydana gəldiyi qeyd olunur. Bazarların yaranması bir sıra tarixi şərtlərdən keçmişdir: ictimai əmək bölgüsünün baş verməsi, bundan sonra əkinçiliyin heyvandarlıqdan ayrılması, sənətkarlığın müstəqil sahə kimi ayrılması, ticarətin meydana gəlməsi və beləliklə, bu sahələlər özləri parçalanaraq yeni sahələr yarandı vəbu proses kəsilməz surətdə getməkdədir. Bazar əmtəə-pul münasibətlərinin tarixi inkişafı nəticəsində müasir tərəqqi dərəcəsinə çatmışdır. O,bu gün mürəkkəb bir struktura malik və çoxsahəli bir sistem üzrə fəaliyyət göstərir. Bazar sistemi dedikdə- bazarın bütün növlərinin ən mürəkkəb meyarlar üzrə ayrı-ayrı komponentlərinin məcmusu nəzərdə tutulur. Müasir dövrdə bazarların növləri (bazar strukturu və sistemi) onun obyektləri, subyektləri, məkan əlamətləri, əmtəələrlə doluluğu, rəqabət aparma dərəcələri, satış xarakterləri, əmtəələrin çeşidliliyi və bəzi başqa cəhətləri üzrə səciyyələnir.

Bazarın aşağıdakı növləri mövcuddur:

  1. Əmtəələr və xidmətlər(istehlak) bazarı. Buraya müxtəlif ərzaq növləri,şəxsi istehlak əmtəələri, məişət, komunal, nəqliyyat xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları daxildir.
  2. İstehsal vasitələri bazarı (istehsal amilləri bazarı). Buraya əmək predmetləri və əmək vasitələri, onların tərkibinə daxil olan bütün kompleks şeylər daxildir. Məs.,daşınmaz əmlaklar, əməkalətləri,xammal və materiallar, energetika resursları, faydalı qazıntılar bazarı.
  3. İş qüvvəsi bazarı. Buraya sərbəst alqı-satqı sövdələşməsi, yəni müqavilələrlə iş qüvvəsinin alqı-satqı daxildir. Məs: əmək birjası.
  4. Elmi-texniki işləmələr, innovasiya, patent bazarı. Buraya texnoloji üsulun təkmilləşməsinə, əmək məhsuldarlığının yüksəlməsinə təsir göstərən və təkan verə bilən texniki, elmi ixtiralar, yeni ideyalar, bunları hüquqi cəhətdən təsdiq edən rəsmi sənədlərin, lisenziyaların alqı-satqı daxildir.
  5. Valyuta qiymətli kağızlar (maliyyə) bazarı. Buraya valyutaların, səhmlərin, istiqrazların, çeklərin, akkreditivlərin, veksellərin və digər pul öhdəliklərini yerinə yetirə bilən qiymətli kağızların alqı-satqı daxildir.
  6. Mənzil bazarı. Bazar münasibətləri şəraitində özəlləşdirilmiş bütün mənzillərin alqı-satqı daxildir.
  7. İnformasiya məhsulları bazarı. Bu xüsusi növ bazardır və buraya kitab,qəzet, şəkil və müxtəlif yönümlü reklamların və digər bir sıra informasiya məlumatlarının alqı-satqı daxildir.
  8. Coğrafi (məkan) vəziyyətinə görə bazarlar. Buraya yerli, regional, milli, iri regionlararası və dünya bazarları daxildir.

Bazarlar başqa əlamətlərinə görə də bir-birilərindən fərqlənirlər.Öz səviyyəsinə görə müvazinətli(yəni tələblə təklifin az çox uyğun gəldiyi, əmttə artıqlığı olan və defisitli(kəsirli) bazarlar. Yalnız müvazinətli bazarlar normal şəkildə fəaliyyət göstərirlər. Bazarlar rəqabət dərəcəsinə görə də bir-birindən fəqlənirlər. Məs., azad rəqabətli bazar, inhisarçı bazar, qarışıq və oliqapolik bazar və s. Yalnız azad rəqabətli bazarlar normal fəaliyyətli olurlar. Əmtəələrin çeşidliliyinə görə də bazarlar müxtəlif olur. məs., bir-birinə yaxın (qohum) əmtəələr bazarı, geniş çeşidli əmtəələr bazarı, qarışıq əmtəələr bazarı və s. Bazarlar satış xarakterinə görə iki yerə: topdansatış və pərakəndəsatış bazarlarına bölünür.

Real və sərbəst bazarların əsasını bütün mülkiyyət formalarının bəhsləşməsi və bərabərliyi şəraitində onun qarşılıqlı iqtisadi münasibətdə olan subyektlərinin –müəssisələrinin və fərdlərin tam müstəqilliyi təşkil olur.

Bazarın xarakteristikası.

Bazar əmtəələrin istehsalı və reallaşması sferası, şərtləri və yeri ilə bağlı iqtisadi forma və mexanizmlərin üzvi məcmusu, sistemidir. Bəşəriyyətdə hələlik bazar iqtisadiyyatından səmərəli iqtisadiyyat məlum deyildir. Bazar iqtisadiyyatı özünəməxsus özünü tənzimlənmə mexanizmləri, bütün iqtisadi subyektlərin fəaliyyətinin daha yaxşı əlaqələndirilməsini, əmək, material və maliyyə ehtiyatlardan səmərəli istifadəni, iqtisadiyyatın tarazlığını təmin edir.

Bazar iqtisadiyyatı iqtisadi sistemlərin təsiri altında formalaşır (iqtisadi sistemlər: 1.bazar; 2.inzibati-amirlik; 3.qarışıq; 4.ənənəvi). İqtisad elmi iqtisadi sistemləri belə təsnifləşdirmişdir:

1.Bazar sistemi:

a)azad bazar iqtisadiyyatı XVIII-XIX əsr, xüsusi mülkiyyət, makroiqtisadi fəaliyyətin tənzəmlənəsi, çoxlu sayda istehsalçı və istehlakçının olması;

b)müasir bazar iqtisadiyyatı elastik olub, dəyişən daxili və xarici şəraitə tez uyğunlaşmaqla xarakterizə olunur.

2.Qeyri- Bazar sistemi:

a)ənənəvi-geri qalmış texnika və əl əməyinə əsaslanır, iqtisadiyyatın çoxsahəli olması;

b)inzibati-amirlik, bütün resurslara ictimai mülkiyyətin hakim olması ilə xarakterizə olunur.

Bazar iqtisadiyyatının özünəməxsus cəhətləri aşağıdakılardır:

  1. İqtisadi subyektlərin (sahibkarların, firma və müəssisələrin)maksimal sərbəstliyi;
  2. İqtisadi subyektlərin mülkiyyətin bütün növlərinin hüquq bərabərliyinə əsaslanaraq, təsərrüfat fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıması;
  3. Təsərrüfat fəallığının stimullaşdırılmasının, istehlakçıların tələblərinə uyğun olaraq məhsulun rəngarəngliyinin artırılması və keyfiyyətinin yüksəldilməsinin, xərclərin azaldılması və qiymətlərin sabitləşməsinin mühüm amili kimi istehsalçılar arasında azad rəqabətin mövcudluğu;
  4. Qiymətlərin əksəriyyətinin tələb-təklifin tarazlığından yaranması;
  5. Bazar münasibətlərinin, dövlət tənzimlənməsi və digər tənzimlənmə formaları ilə müqaisədə daha çox səmərəliliyə malik ola biləcək sferada fəaliyyət göstərməsi.
  6. İqtisadiyyatın açıq olması, onun ardıcıl olaraq dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiyası. İxtiyari iqtisadi subyekt xarici-iqtisadi əməliyyatlar həyata keçirmə hüququna malikdir.
  7. Vətəndaşların yüksək dərəcədə sosial mühafizəsinin təmin olunması. Bu bir tərəfdən vətəndaşlara öz əməyi müqabilində layiqli həyat təmin etmək üçün geniş imkanlar verilməsi kimi, digər tərəfdən isə cəmiyyətin əmək qabiliyyəti olmayan və sosial cəhətdən zəif üzvlərinə dövlət tərəfindən qayğı (təqaüdçülər, tələbələr və s.) göstərilməsinin zəruriliyi kimi başa düşülür.
  8. Bütün dövlət hakimiyyət orqanlarının təsərrüfat fəaliyyətində birbaşa iştirak etməsi minimuma endirilir. Amma onu da qeyd edək ki, bazar iqtisadiyyatının dövlət tənzimlənməsinə və ictimai tənzimlənməyə ehtiyacı var.

Bazar iqtisadiyyatının mahiyyəti və prinsipləri.

 

Təkrar istehsal və bazar.

Bazarın sosial-iqtisadi əhəmiyyəti onun ictima təkrar istehsal prosesindəki rolu ilə şərtlənir. Təkrar istehsal anlayışını ilk dəfə iqtisadiyyata fransız fiziokratlar məktəbinin banisi həkim Fransua Kene(1694-1774) gətirmişdir. F.Gene 1758-ci ildə "İqtisadi cədvəlin” ilk mətbəə çapını hazırlamışdır və burada o, müasiri olduğu cəmiyyətin sinfi strukturunu belə təsvir etmişdir: "vətəndaşların üç sinifdən ibarət olduğunu qeyd etmişdir: məhsuldar sinifdən, sahibkarlar sinifindən və bəhrə verməyən sinifdən”. O, göstərmişdir ki, bu siniflər arasında məhsul istehsalı, bölgü, mübadilə və istehlak mövcuddur. Deməli, məhsulun təkrar istehsalı prosesi vardır. F.Gene həkim olduğu üçün cəmiyyətdə məhsulun təkrar istehsalının insan bədənində qan dövranının analogiyasına uyğun olduğunu qeyd etmişdir. Karl Marks (1818-1883) təkrar istehsal nəzəriyyəsini təkminləşdirib.

Təkrar istehsal dedikdə, sərf olunmuş kapital, istehsal vasitələrinin istehsala qaytarılması və izafi dəyərin bir hissəsinin yığıma çevrilməsi yolu ilə istehsal prosesinin təkrarı başa düşülür. İstənilən iqtisadi məhsul tədricən sərf olunur, istehlak olunur və başqa məhsulla əvəz edilməsini tələb edir. Təkrar istehsal, istehsal dövriyyəsi olmadan həyata keçirilə bilməz. Müasir dövürdə təkrar istehsalın qarşılıqlı əlaqədə olan mərhələləri daima yeniləşir. Belə ki, təkrar istehsal mərhələsinə yeni istehsalın elmi təşkili fazası da əlavə olunmuşdur. İstehsalın fasiləsizliyini, başqa sözlə, onun geniş miqyasda daim təkrar olunmasını təmin etmək üçün kapitalın ayrı-ayrı hissələri pul, istehsal vasitələri və hazır məhsul(mal) maneəsiz dövr etməlidir. Bu isə təkrar istehsalın 5 mərhələsini, fazasını əhatə edir: İstehsalın elmi- təşkili fazası, istehsal, bölgü, mübadilə, istehlak fazası. Təkrar istehsalın qlobal vəzifəsi və son məqsədi əhalinin rəngarəng tələbatının ödənilməsidir. Cəmiyyətin həyatının əsasını istehsalın fasiləsizliyi, kəsilməzliyi təşkil edir.

İstehsal fazasının işini əsasən istehlak olunmuş maddi nemətlərin bərpası təşkil edir. Lakin qeyd etmək lazımdır ki, təkrar istehsala nəinki maddi nemətlərin istehsalı və istehlakı aiddir, o habelə əhalinin, əmək resurslarının, işçi qüvvəsinin və ümumilikdə sosial-iqtisadi münasibətlərin də təkrar istehsalını əhatə edir. İstehsal fazasının mühüm funksiyalarından biri də keyfiyyət və kəmiyyət göstəricilərinin effektivliyinin artırılmasıdır ki, bunun üçün də istehsala başlayarkən istehsalın elmi təşkili fazasının naliyyətləri, yeniliklərindən istifadə etmək gərəkdir.

İstehsaldan sonra bölgü gəlir, belə ki, istehsalın bilavasitə nəticəsinin hansı hissəsinin kimə nəsib olacağı və istehsal olunan məhsulun sahibinin kim olacağı müəyyənləşdirilir. Bölgü əhalinin müxtəlif tələblərinin maddi vəziyyətlərinin müəyyən edilməsi üzrə, insanlar arasında sosial münasibətlərin formalaşmasında çox böyük rol oynayır. Təkrar istehsalın bölgü fazasının funksiyası ictimai istehsalın nəticələrinin və gəlirlərin bölüşdürülməsidir. Lakin, bölgü təkcə istehsalın nəticəsi deyildir. Əməyin nəticəsinin necə bölüşdürülməsi istehsal prosesinin səmərəliliyindən daha çox asıllıdır.

Əmtəə bölgü mərhələsini keçəndən sonra bazarda mübadiləyə, alqı-satqıya uğrayır. Mübadilənin mahiyyəti olan "əmtəə-pul”, yaxud "əmtəə-əmtəə”əməliyyatları həyata keçirir; bazar və onu müşayyət edən qiymət mexanizmi işə keçir. Məhsul əmtəəyə çevrilir. Mübadilə fazası əmtəənin istehlakçılara çatdırılması, mülkiyyət münasibətlərinin dəyişdirilməsi funksiyasını yerinə yetirir. Bu fazada malları pula çevirməklə məcmu milli məhsulun bu hissəsinin təkrar istehsalının fasiləsizliyi təmin olunur.

İstehlaka gəldikdə isə o təkrar istehsal sistemində son fazadır. İstehlak şəxsi və ictimai istehlak formasında çıxış edir. İstehlak təkrar istehsalın dövriyyəsi üçün zəmin yaradır.

Dəyişmə miqyasından (adətən 1 il) və keyfiyyətdən asıllı olaraq təkrar istehsal fərqləndirilir.

1.Sadə təkrar istehsal

2.Geniş təkrar istehsal

3.Məhdud (dar) təkrar istehsal- (müharibə və ya digər təbii fəlakətlərlə əlaqədar olaraq əhalinin həyat səviyyəsinin aşağı düşməsi)

Sadə təkrar istehsal maddi nemətlər istehsalının və xidmətlərin, işçi qüvvəsinin sosial-iqtisadi münasibətlərin dəyişməz səviyyəsi ilə səciyyələnir. Geniş təkrar istehsalda isə bu parametirlərin iqtisadi artması və dəyişməsi nəzərdə tutulur. Sadə təkrar istehsalda izafi dəyər sahibkarlar tərəfindən tam istehlak olunursa, geniş təkrar istehsalda onun bir hissəsi yığıma ayrılaraq, istehsalın miqyasının genişləndirilməsinə sərf olunur.

Bazar, plan, tənzim.

. Planlaşdırma idarəetmənin əsası, onun iqtisadi metodudur. Planlı iqtisadiyyat bəşəriyyətin böyük naliyyətidir. İqtisadi təcrübə göstərir ki, bazarın bütövlükdə planlaşdırılması qeyri mümkün olduğu halda, onun subyektlərinin fəaliyyətlərinin planlaşdırması obyektiv zəruriliyi təşkil edir. Söhbət istehsalçı və istehlakçı firmaların, asosiasiaların, səhimdar cəmiyyətlərin təsərrüfat fəaliyyətinin planlaşdırılmasından gedir. Real bazara çıxmaq çox mürəkkəb və uzun prosesdir. Beləki, müasir dövürdə bazarların xarakterinin kəskin dəyişməsi ilə əlaqədar olaraq müəssisələrin bazara çıxışının planlaşdırılmasının əhəmiyyəti xeyli dərəcə artmışdır. Odur ki, bu prosesə daim diqqət artırılmalı, planlaşdırılma daim yeni metodoloji əsaslarla bazar iqtisadiyyatının tələb etdiyi qanunlar əsasında fəaliyyət göstərməlidir. Planlaşdırma planların işlənib hazırlanması prosesi olmaqla, daim dəyişən bazar münasibətləri şəraitində müəssisənin (firmanın, şirkətin) fəaliyyətinin təkmilləşdirilməsinin yeni yollarının və üsullarının müntəzəm axtarılması və istifadə edilməsidir. Planlaşdırma demokratik cəhətlərə üstünlük verməklə demokratik-mərkəziyyət prinsiplərinə əsaslanmalıdır. Bu prinsip mexanizmi fərdlərin və kollektivlərin maddi maraqları əsas götürülməklə, onların öz imkan və təşəbbüskarlığın inkişafına təsir göstərməli, əsasən tənzimetmə yolu ilə tarazlığın təmin edilməsi rolunu oynamalıdır. Plan mexanizminin tədbiqi hər şeydən əvvəl müəssə daxili və ya ayrı-ayrı təssərrüfat vahidlərinin plana uyğun fəaliyyətini, həmçinin makrosəviyyədə dövlətin tənzimlənmə funksiyalarını əhatə edir. Bazar iqtisadiyyatı üçün bazarların öz-özünü tənzimlənmə və müəyyən bazar qanunları əsasında dövlət tənzimlənməsi xarakterikdir. Özünü tənzimləmə mexanizmi ilk növbədə tələb və təklif əsasında fəaliyyət göstərən azad bazar qiymətləri və istehsalçılar və ya istehlakçılar arasında rəqabətin olması ilə formalaşır bunu Adam Simit "görünməz əllər”konsepsiyası ilə izzah edir. Bazar təbii seçmə üzərində qurulur və müntəzəm olaraq zəiflərin və azad rəqabətə davam gətirməyən gücsüzlərin yeniləri daha güclüləri ilə əvəz edilməsi əsasında dövr edir. Bu isə elmi-texniki tərəqqini stimullaşdırmaqla ən yaxşı istehsalçıların seçilməsini təmin edir. Özünü tənzimlənmənin xarakterik cəhətlərindən biri də müəssisələrin yaranmasıdır. Bu isə iqtisadi sərbəstlik prinsiplərinin reallaşmasının mühüm istiqaməti olub, birbaşa iqtisadiyatın inkişafını stimullaşdırır. .

Bazar iqtisadiyyatı şəraitində tənzimlənmənin aşağıdakı metodlarından istifadə olunur.

1. Dövlət sifarişləri.

2. İndiqativ planlaşdirma;

3. Strateji planlaşdirma;

4.Strateji Proqramlaşdırma;

5.Strateji Proqnozlaşdırma;

Dövlət sifarişləri : Bazar münasibətlərinə keçid dövrü üçün dövlət tənzimlənməsinin mühüm formalarından bir dövlət sifarişidir. Dövlət sifarişlərini Nazirlər Kabinetinin tapşırığı əsasında İqtisadi İnkişaf Nazirliyi müəyyən edir və ona nəzarət edir. Dövlət sifarişi ehtiyyatların çoxunun qıt olduğu şəraitdə ixtiyari müəssisə üçün, ikincisi müasir tələblərə cavab verməyən texniki bazaya, texnologiyaya malik olan, məhsulunu reallaşdırarkən çətinliklərlə qarşılaşan müəssisələr üçün sərfəli olur. Dövlət sifarişi müəssisələr arasında müqavilə yolu ilə razılsşdırılarkən, məhsulun qiymətinə dövlət müdaxilə edir ki, məhsul qıtlığı zamanı qiymət həddi yüksək olmasın.

İndiqativ planlaşdirma: Bazar münasibətləri şəraitində mərkəzləşmiş-direktiv planlaşdırma olmasa da indikativ planlaşdırma mövcuddur. Indikativ planlaşdırma bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın gələcək inkişafının meyillərini müəyyən etmək vasitəsidir. Indikativ planlaşdırma həm də dölətin tənzimlənmə funksiyasının həyata keçirilməsinə xidmət edir. Burada ən vacib və çətin problemlərdən biri plan və bazar mexanizminin əlaqələndirilməsidir. İndiqativ planlaşdırmanın başlıca vəzifəsi ilk əvvəl dövlət resurslarının istifadəsini nəzərdə tutur. Konkret olaraq indiqativ planlaşdırmanın məqsədlərini belə göstərmək olar:

1.Dövət investiyası, büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri tədbirləri və konyuktur məlumatların sistemləşdirilməsini yaxşılaşdırmaq.

2.İqtisadi göstəricilər sistemini hazırlamaq. Bu sistemlər bir tərəfdən dövlətin məqsədini ifadə etməli, digər tərəfdən isə sahibkara tam fəaliyyət azadlığı verməlidir.

Indikativ planlaşdırma sahibkara iqtisadiyyatın inkişaf təmayülləri, texniki tərəqqinin, texnologiyanın inkişafı haqqında istiqamətverici rolu ifadə edir.

Strateji planlaşdirma; proqramlaşdırma; proqnozlaşdırma:

Strateji planlaşdirmanın birinci sturuktur elementinin əsasında nəzəri dərk etmə, dialektika-inkişaf və bazar iqtisadiyyatının fəaliyyət nəzəriyyəsi durur. Ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılmasının və tənzimlənməsinin effektivlitinin əsas şərti onların fəaliyyətini həyata keçirən dəqiq orqanlar sisteminin olmasıdır. Strateji planlaşdirma üzrə İqtisadi İnkişaf Nazirliyi fəaliyyət göstərir və bu fəaliyyət Milli Məclisin qərarları ilə tənzimlənir.

Bazar iqtisadiyyatına keçid prosesi davam edir.

 

Ölkədə real bazarın formalaşması nəticə etibarı ilə onun yaranması zəruri ilkin şərtlər tələb edir. Istehsal münasibətləri təkrar istehsalın bütün sahələrinin qarşılıqlı əlaqələrinin həyata keçirilməsi proseslərində insanlar arasındakı münasibətlərin məcmusudur. Istehsal münasibətləri sağlam olduqda o cəmiyyət hadisələrinə bütövlükdə cəmiyyətin özünə sosial keyfiyyət verir.

Bazar və sosial mühafizə.

Müasir bazar iqtisadiyyatına xas olan başlıca əlamətlərdən biri əhalinin hər cür gözlənilməz və pis vəziyyətdən müdafiə vasitələrinin olmasıdır. Sosial mühafizə dedikdə, insanların yerindən, milliyyətindən, cinsindən, yaşından və digər cəhətlərdən asıllı olmayaraq, onların sosial-iqtisadi hüquq və zəmanətlərinin yəni əhalinin, əsasəndə ağır vəziyyətdə olan təbəqlərinin infilyasiyadan, işsizlikdən mühafizəsinə yönəldilən dövlət siyasətidir. Zəhmətkeşlərin vəziyyətləri ağırlaşdıqda onların sosial mühafizəsi üçün dövlət xüsusi tədbirlər işləyib hazırlayır və həyata keçirir. Dövlət tərəfindən tədbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının "işsizliyin və yoxsulluğun”güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial mühafizəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır. Bazar iqtisadiyyatına keçid şəraitində qiymətlərin sərbəstləşməsi, infilyasiyanın artması əhalinin əksər təbəqələrinin yaşayış səviyəsinin aşağı düşməsinə səbəb olur. Əhalinin bütün təbəqələri və qruplarının pulsuz təhsil alması, səhiyyə xidmətindən istifadə edilməsi çətinləşir. Beləliklə, bazara keçid ərəfəsində sosial mühafiə əhalinin nəinki yoxsul təbəqələri, eyniylə digər təbəqələrinin də ehtiyacı artır.

Dövlətin sosial müdafiə resursları aşağıdakı mənbələrdən formalaşır:

a)dövlət büdcəsi;

b)məcburi sosial sığorta ödəmələri;

c)xüsusi vəsaitlər- müəssisələrin öz işçilərinin sosial ehtiyacları üçün yığılan vəsaitləri.

Sosial müdafiənin aşağıdakı istiqamətləri vardır.

1.Əhali gəlirlərinin indeksləşdirilməsi: İndeksləşdirmə dedikdə, qiymətlərin artımı ilə əlaqədar əhalinin əsas gəlirlərinin(əmək haqqı, müavinətlər, təqaüdlər) real miqdarının (məzmunun) artırılması, üzrə tədbirlər başa düşülür. Başqa sözlə desək, gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarçısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir. Gəlirlərinin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəzərə alınması əsasında həyata keçirilir. XX əsrin ikinci yarısından tətbiq olunan indeksasiya sistemi bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrində geniş yayılmışdır. Əhali gəlirlərindən asılı olaraq indeksasiya sistemində diferensial yanaşma prosesinə üstünlük verilir. Bu prinsip ən aşağı gəlirlərin tam kompensasiyasından tutmuş, ən yüsək gəlirləri onların minimum kompensasiyasını əhatə edir. İndeksasiya təqaüdçülərin və qərarlaşmış gəlirlərə malik olan cəmiyyətin digər üzvlərinin həyat səviyyəsinin normal səviyyədə saxlanılması üçün istifadə edilir.

2.Gəlirlər üzrə minimum sosial zəmanətlərin təmin olunması: Bunlardan əsası yaşayış minimumudur. Bu göstərici ölkə qanunçuluğu əsasında müəyyən olunur yəni minimum əmək haqqı ilə yaşayış minimumu tarazlaşmalıdır. Belə ki, minimum əmək haqqı və pensiyalar normativ səviyyə ilə şərtlənən həddə qədər gəliri olmayan əhali qrupu üçün isə dövlət yardımları nəzərdə tutulmalıdır. Respublikamızda əmək haqqı səviyyəsi yaşayış minimumum əmək haqqı arasındakı fərq əslində yoxsulluq həddini göstərir. Minimum istehlak büdcəsi indeksasiya olunmadıqda bu fərq daha aydın şəkildə meydana çıxır. Minimum istehlak büdcəsinin (MİB) istehlak səbətidir. İstehsal səbətinə hər hansı funksional ehtiyacı ödəyən, elmi cəhətdən əsaslandırılmış istehlak malları və xidmətləri toplusu daxil edilir. Qanuna görə istehsal səbətinin sturuktur tərkibi Nazirlər Kabineti tərəfindən üç ildən bir dəfədən az olmayaraq yenidən baxılır və təsdiq edilir.məs: Rusiyada əmək haqqı yaşayış minimumunun 80%-ə qədərini ödəyir.

3.Minimal standartların və normativlərin köməyi ilə sosial sahələrin tənzimlənməsi.

Bu təhsil, səhiyyə, mənzil sahələrini və əmək qabiliyəti olmayan əhalinin sosial xidmətlərinə minimumu büdcə xərcləridir. Bu normativlər büdcə planlaşdırılması və tənzimlənməsi mərkəz və regionun birgə sərəncamı əsasında fəaliyyət göstərir.Həmin sahələrin saxlanması üçün bələdiyyə büdcəsində sosial tranferlər mövcuddur. Lakin təcrübədə sosial sahələrin saxlanması üzrə əsas xərclər yerli hakimiyyət orqanlarının üzərinə düşür.

4.İmtiyaz və güzəştlərin verilməsi:

İmtiyaz-fəliyyət göstərən ümumi qaydalara əsasən əhalinin ayrı-ayrı qruplarına aid edilən xüsusi üstünlükdür. İmtiyazlara misal olaraq, müharibə iştirakçıları, əlilər üçün pulsuz və güzəşli dərman, pensiyaçılar üçün nəqliyyada pulsuz və güzəştli gediş və s. göstərmək olar. Daha çox küləvi imtiyaz- gəlir vergisi üzrə çox uşaqlı ailələrə edilən güzəşlərdir. İmtiyazlar həmçinin yalnız əhalinin əmək qabiliyyəti olmayan və sosial zəif qrup və təbəqələr üçün deyil, eyni zamanda iş xüsusiyyətləri ilə əlaqədarbir sıra işçi qrupları(həbiçilər, dövlət qulluqçuları,məhkəmə, prakratura və.s) üçün də mövcuddur, lakin bu cür imtiyazlar əslində sosial müdafiə funksiyasını yerinə yetirmir. İmtiyazların verilməsi ilə əlaqədar əsasən problem onların maliyyə təminatsızlığıdır və buna görə də hazırkı dövürdə ünvanlı subsidiyalar formasında imtiyazlar daha məqsədəuyğun sayılmalıdır.

5.Məcburi sosial sığorta.

Məcburi sosial sığorta cəmiyyətin işləyən üzvlərinə aid edilir və bu prosesdə üç tərəf: dövlət, sahibkar, işçi iştirak edir. Onun əsas vəzifəsi- nəzərdə tutulmuş qanuna əsasən (qocalıq, xəstəlik, xəsarət, analıq, işsizlik) əmək haqqı və əmək qabiliyyətinin itirilməsi halında minimum həyat səviyyəsinin saxlanmasıdır. İndiki dövürdə məcburi sosial sığortanın rolu böyükdür. Sığorta hesabına pensiyaların 90%-dən çoxu, tibbi xərclərin 60%-i, praktik olaraq işə düzəltmə(işlə təmin etmə) və işsizlərə kömək xəclərinin 100%-i ödənilir.

6.Sosial təminat və sosial yardım:

Sosial təminat cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvlərinin (ahıl və qocalar, əlillər, ailə başçısını itirənlər, kimsəsiz uşaqlar) saxlanılmasına yönəldilir. Bu təminat qanuna müvafiq olaraq iki mənbədən, büdcə və sosial sığorta fondundan həyata keçirilir. Büdcə hesabına əmək qabiliyyəti olmayan kateqoriyalar (qocalar, əmək stajı olmayanlar, uşaqlar və s.) və ya əmək fəaliyyətində peşəkar xüsusiyyətə malik olanlar (hərbi xidmətçilər, dövlət qulluqçuları) təmin olunur. Sığorta vəsaitləri hesabına əmək pensiyaları və müavinətlər ödənilir, bir qayda olaraq bunlar muzdlu işçilərdir. Büdcə hesabına sosial təminat sisteminə həm də yaşlılar, əlillər, uşaqlara sosial xidmətlər(uşaq evləri, qocalar evləri,müxtəlif yaşama yerləri, rebilitasiya, tibbi xidmətlər, protezləşdirmə, pulsuz dərman) daxildir.

Sosial yardıma gəldikdə o daimi xarakter daşımır və sosial himayəyə, dəstəyə ehtitacı olanların hamsına aid edilmir. O, müvvəqqəti xarakter daşıyır, onun məbləği müəyyən qanunlar əsasında hesablanır. Sosial yardım vətəndaşlara obyektiv olaraq onların həyat fəaliyətini pozan böhran vəziyyətində göstərilir. Bazar iqtisaqdiyyatı şəraitində ən başlıca vəzifə ölkədə sosial təminatın bazası olan məşğulluğun təmin edilməsi və habelə getdikcə sosial təminat sisteminin daha da təkmilləşdirilməsidir.

Sosial müdafiə üsulları və vasitələri həddindən artıq çoxdur onlara misal olaraq son vaxtlar tətbiq olunanmütərəqqi vergi sistemini də göstərmək olar. Bazar iqtisaqdiyyatına keçid dövründə əhalinin gəlirlər sahəsində olan bərabərsizliyi getdikcə artır. Bu bərabərsizliyin minimal səviyyədə olması üçün dövlət bir çox İEÖ-lərdə olan gəlirlərin yenidən bölüşdürülməsində fəal iştirak edir. Gəlirlərin yenidən bölüşdürülməsinin əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə tətbiq edilən mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcəsinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xəcləyir. Bazar iqtisadiyyatı sistemində sosial müdafiə səviyyəsi elə olmalıdır ki, geniş əhali kütləsinin əməyə olan münasibətləri bazar iqtisadiyyatının fəal fəaliyyətinə mənfi təsir etməsin, əhalinin sosial müdafiəyə arxalanaraq əməkdən əlləri soyumasın, onlarda sosial parazitlik meyli yaranmasın. Düzgün sosial siyasət və ədalətli sosial müdafizə nəinki cəmiyyətdə insanların həyat və əmək şəraitini dönmədən yaxşılaşdırır, ictimai və bazar münasibərlərində sosial ədalət prinsiplərinin daha dolğun həyata keçirilməsi üçün əlverişli mühit yaradır.

Tələb bazarda təlabatın təzahürüdür.

Bazar mexanizminin əsas elementlərinə: tələb, təklif, qiymət və rəqabət daxildir. Təlabat- cəmiyyətin və onun ayrı-ayrı üzvlərinin əldə etməyə çalışdıqları sosial, maddi və mənəvi həyat şəraitini ifadə edir. Təlabat şəxsin kollektivin və bütövlükdə cəmiyyətin həyat fəaliyyətini qoruyub saxlamaq üçün zəruri olan hər hansı bir şeyə ehtiyacdır. Təlabat insan fəaliyyətinə daim təsir göstərir və onu fəallaşdırır. O, daim dəyişir,təkmilləşir, artır, yeniləşir. Təlabat geniş məfhumdur, tələb onun yalnız ödəmə qabiliyyəti ilə yəni pulla təmin edilən hissəsinin təzahür formasıdır. Tələb dedikdə, alıcının müəyyən dövr ərzində hər hansı əmtəədən müəyyən qiymətdə, müəyyən kəmiyyətdə əldə etmək arzusu və imkanı başa düşülür. Başqa sözlə tələb tədiyə qabiliyyətli təlabatdır. Tədiyə qabiliyyətli tələb- dedikdə isə əhali tərəfindən hər hansı bir əmtənin alınmasına və xidmət növündən istifadəyə real sürətdə yönəldilən və ya yönəldilə biləcək müəyyən pul məbləği başa düşülür. Təlabat tələbi müəyyən edir yaradır,onun əsas məzmununu ifadə edir. İstehsala münasibətdə də tələb və təlabat müxtəlif mövqelərdə dayanır. Tələb istehsaldan əvvəl mövcud olmur, müəyyən əmtəəyə tələb, həmin əmtəə istehsal edilib bazara çıxarıldıqdan sonra yaranır. Təlabata gəlincə isə o, konkret əmtəənin istehsalından xeyli əvvəl mövcud ola bilər. Tələbin səviyyəsi əsasən tələb qanununun təsri altında formalaşır. Tələb qanununa uyğun olaraq əmtəənin qiyməti ilə ona olan tələbin səviyyəsi bir-birinə tərs mütənasibdir. Başqa sözlə, əmtəənin qiyməti yüksəldiyi halda ona olan tələbin kəmiyyəti azalır və əksinə. Tələb qanununa görə, əmtəənin qiyməti yüksələrsə ona olan tələb azalacaq, qiymət azalarsa tələb yüksələcəkdir. Alıcının vaxt vahidi ərzində əmtəənin müəyyən kəmiyyəti üçün vermək istədiyi maksimum qiymət – tələb qiyməti adlanır. Əmtəənin müəyyən qiymətində alıcının əldə etmək istədiyi kəmiyyət tələbin həcmi adlanır. Tələbin səviyyəsinə qiymətdən əlavə bir sıra digər qeyri-qiymət amilləri də təsir göstərir ki, bunlara da aiddir: gəlirlərin səviyyəsi, digər əmtəələrin qiymətləri, alıcıların zövqü, qiymətin gələcəkdə necə dəyişəcəyi ilə bağlı gözləmələr, alıcının sayı və s.

Ən ümumi mənada tələbin səviyyəsi ilə əhalinin gəlirlərinin səviyyəsi eyni istiqamətdə dəyişir, yəni gəlir artdıqca tələb də artır. Əhalinin istehlakına daxil olan, məhsullar əsasən 2 qrupa bölünür: I qrupa yüksək keyfiyyətli, bahalı əmtəələr, II qrupa isə aşağı keyfiyyətli məhsullar və s. daxildir. Bəzi məhsullar istehlak da bir-birini əvəz edə bilərlər (məs: kərə yağı–marqarin, çay-kofe) digərləri isə bir-birini tamamlayır (məs: avtomobil-benzin, siqaret-alışqan). Əmtəələr bir-birinin əvəzləyicisidirsə, bu halda onlardanhər hansısa birinin (məs: kofenin) qiyməyinin yüksəlməsiona olan tələbin azalmasına, əvəzləyiciyə (məs: çaya) olan tələbin isə artmasına səbəb olacaq. Yox əgər əmtəələr bir-birlərini tamamlayırsa, bu halda onlardan birinin (məs: siqaretin) qiymətinin yüksəlməsi, həm onun özünə, həm də onu tamamlayan məhsula (alışqana) olan tələbin də səviyyəsini azaldacaqdır.

Əmtəənin qiymətinin gələcəkdə necə dəyişəcəyi haqqında alıcıların rəyi onun hazırki dövürdə əmtəəyə olan tələbənin ödənilməsinə birbaşa təsir edir.Bazarda alıcının sayının artması və ya azalması da burada formalaşan tələbə eyni istiqamətdə təsir edir.

Tələbin səviyyəsi ilə bağlı fərdi tələb, bazar tələbi və məcmu tələb anlayışları bir-birindən fərqləndirilməlidir.

Fərdi tələb dedikdə, konkret əmttə bazarında qiymətin hər hansı bir müəyyən səviyyəsində hər bir fərdi alıcının tələbinin həcmi başa düşülür. Məs: bazarda almanın 40 qəp qiyməti varsa, bir alıcı həmin qiymətə 2 kq, digəri isə 3kq, başqa biri isə 4 kq almaq imkanı var.

Tələb və təklifin elastikliyi.

Dünya bazarının təşəkkülü xüsusiyyətləti və prinsipləri.

Dünya ölkələri bir-biri ilə sıx xarici iqtsadi əlaqələr yaradırlar. Bunsuz dünya ölkələrinin iqtisadiyyatı inkişaf edə bilməz. Dünya ölkələri arasında xarici iqtisadi əlaqələr əsasən ticarət, kapital ixrac etmək, kreditlər vermək, elmi-texniki əməkdaşlıq, kadrlar hazırlanması və s. formasında hyata keçirilir. Milli bazarların inkişafı nəticəsində istehsal milli çərçivəni aşır, dünya bazarı yaranır. Dünya bazarı – bir-biri ilə beynəlxalq ticarət, elmi-texniki biliklərin mübadiləsi, xidmətlər və s. vasitəsi ilə əlaqə saxlayan dövlətlərin milli bazarlarının məcmusudur. Başqa sözlə desək dünya bazarı dünya ölkələri arasında əmtəə və xidmətlərin, kapitalların, iş qüvvəsinin, valyutaların, qiymətli kağızların və s. alınıb-satılmasını əhatə edir. Dünya bazarının yaranması kapitalizmə keçid ilə əlaqədardır. Belə ki, bu dövrdə əmtəə və xidmətlərin tədavülü milli bazarlar hüdudundan kənara çıxır və nəticədə xarici tcarət genişlənərək dünya bazarları yaranmışdır.

Dünya bazarının aşağıdakı formaları fəaliyyət göstərir:

  1. beynəlxalq əmtəə və xidmətlər bazarı.
  2. beynəlxalq kapital bazarı.
  3. beynəlxalq işçi qüvvəsi bazarı.
  4. beynəlxalq maliyyə krediti bazarı.
  5. beynəlxalq qiymətli kağızlar bazarı.

Dünya bazarında əmtəə və xidmətlər dünya bazarı qiymətləri əsasında hərəkət edir. Dünya bazarlarında əmtəələr beynəlmiləl (dünya) qiymətləri ilə alınıb-satılır.Dünya qiymətləri ölkənin qoyduğu qiymət birja, auksion və beynəlxalq ticarətin digər iri mərkəzlərinin qoyduğu qiymətlər formasında tətbiq edilir. Dünya qiymətlərinin formalaşmasının əsasında beynəlmiləl dəyər duyur. İstehsalın beynəlmiləl qiyməti dünya ticarətində üstünlük təşkil edən əmtəələrin istehsal şərtləri ilə müəyyən olunur. Əmtəə və xidmətlərin beynəlmiləl dəyəri dünya ölkələrində orirta ictimai istehsal şəraitində (hər hansı bir müəyyən məhsulun) onun istehsalına sərf edilmiş ictimai zəruri iüş vaxtı ilə müəyyən edilir. Dünya qiyməti – zəruri keyfiyyət göstəricilərinə cavab verən əmtəə və xidmətlərin beynəlmiləl dəyərinin pulla ifadəsinə deyilir. Dünya qiyməti o qiymət növü hesab edilir ki, onun vasitəsi ilə iri həcmli kommersiya əməliyyatları həyata keçirilir, hesablaşmalar sərbəst çevrilən valyuta vasitəsilə aparılır. Lakin qismən çevrilən valyuta ilə aparıldıqda qiymətlər artır. Konkret əmtəələrə gəldikdə isə onun əsas istehsalçılarının qoymuş olduqları qiymətlər və iri birjaların ixracat məhsullarına qoyduqları qymətlər əsas götürülür. Məsələn, alüminium ixracında Kanada dövlətinin, kauçuk ixracında Sinqapur birjasının, xəz-dəri ixracında Nyu-York və London auksionlarının qoymuş olduqları qiymətlər, dünya qiymətləri kimi qəbul olunur.

Dünya bazarının təşəkkülü xüsusiyyətləri və istiqamətlərindən danışdığımız bir zamanda xüsusilə qeyd etməliyik ki, hal-hazırda dünya iqtisadiyyatında əsaslı dəyişiliklər müşahidə olunur. Belə ki, bir-birinə inteqrasiya etmiş dünya bazarları artıq bir-birindən asılı vəziyyətə düşmüşdür və qlobal dünya təsərrüfatı yaranmışdır. XX əsrin sonlarından başlayaraq dünya iqtisadiyyatındakı qloballaşma iki istiqamətdə baş verir:

1.Bazarların qloballaşması.

2.İstehsalın qloballaşması.

Mal təklifi bazarın maddi əsasıdır.

 

Mal təklifi müəyyən dövr ərzində bazarda olan və bazara çıxarılacaq malların natural və ya dəyər ifadəsində həcmlərinin məcmusudur.O, mallara olan ictimai tələbatın ödənilməsini, bazarda mal dövriyyəsinin dinamik inkişafını müəyyənləşdirir, bazar işinin təkmilləşdirilməsinə və istehlakçilara xidmət keyfiyyətinin artırılmasına təsir göstərir. Mal təklifi bazar mexanizminin əsas ünsürlərindən biridir. O, bazarın maddi əsasını yaratmaqla bərabər, bazar dövriyyəsinin və təkrar istehsal prosesinin fasiləsizliyini təmin edir.

Mal təklifi əmtəə təsərrüfatı kateqoriyası kimi digər iqtisadi kateqoriyalarla bilavasitə qarşılıqlı əlaqədədir. O, bazarda istehsalı təmsil etməklə bazarın maddi əsasının formalaşmasında həlledici rol oynayır. Mal təklifi eyni zamanda bazar kateqoriyasıdır və o, bazarda iqtisadi münasibətləri əks etdirir.

Təklif bu münasibət sistemində istehsaldan asıllı olsada, omüəyyən bir müstəqilliyə, spesifik xüsusiyyətlərə malikdir. Təklif → satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəəni müəyyən qiymətə, müəyyən kəmiyyətə satmaq arzusudur. Təklifin əsas hissəsini mal (əmtəə) təklifi təşkil edir. Təklifistehsalla sıxbağlı olsada, bu kateqoriyalar bir-birindənhəm iqtisadi məzmununahəm də,həcminə görəfərqlənirlər.Eyni zamanda təklif"bazarda olan vəya bazara çıxarılabiləcəkməhsul həcmidir".Təklif→ ozündəyalnız satışıtəcəssümetdirir. İstehsal tələbatəsasındatəşkil olunsada, son nəticədəhazır əmtəəvə xidmətlərinreallaşdırılmasıyəni təklifistehlakçılarıntələbiəsasınadabaş verir. Təklifin formalaşması prosesini əsasən iki cəhət müəyyənləşdirir: I. Mal resursların kəmiyyət və keyfiyyəycə daim artmaqda olan təlabata uyğunlaşması cəhdi; II. Öz növbəsində onun, tələbin və təlabatın səmərəliləşdirilməsinə, inkişafına və formalaşmasına fəal təsir göstərməsi. Bu cəhətlər bazar qanunundan irəli gələn əsas tələblərdir.

Əmtəə təklifinin formalaşmasında malların təyinatı da nəzərə alınmalıdır. Bu baxımdan əmtəələr təyinatına görə 2 qrupa ayrılır. 1. İstehsal təyinatlı əmtəələr;

2. İstehlak təyinatlı əmtəələr;

 

İstehsal təyinatlı əmtəələrə mal və xidmətlərin istehsaı, həmin malların icarəyə verilməsi və yaxud yenidən satmaq üçün satınalınan mallar aiddir. İstehlak təyinatlı əmtəələrın təklifinə gəlincə, bu malların alıcılarının (müəssisələr, fərdlər) xüsüsiyyətləri, həmin xüsusiyyətləri şərtləndirən amillər nəzərə alınmalıdır: mədəni səviyyə, sosial amillər, psixoloji amillər, pul gəlirləri, alıcılıq qabiliyyətili tələb və s.

Əmtəə təklifinin tərkib hissələrindən biri də mal ehtiyatlarıdır. Mal ehtiyatları ictimai təkrar istehsalın təlabatı ilə şərtlənir. Bu ehtiyatlar təkrar istehsalın və deməli bazarda malların reallaşmasının fasiləsizliyini təmin edir. Təkrar istehsal artdıqca mal ehtiyatlarına olan təlabat da artmalıdır.Tədavül dairəsinə xidmət göstərən mal ehtiyatları istehsalın və ticarətin fasiləsizliyini təmin edir. Əmtəə təklifinin həcmi və strukturu bu ehtiyatlardan çox asılı olduğu üçün onun idarə olunmasına xüsusi diqqət yetirilməlidir. Mal ehtiyatlarının ümumi həcmi və ehtiyatda olan malların hamsını və ayrılıqda hər bir mal qrupunun struktur tərkibi elə bir optimal midarda təmin edilməlidir ki, o, bazarda nəinki heç bir malın satışı prosesində faliləliyə imkan verməsin, hətta hər bir mal üzrə ehtiyatın zəruri miqdarının arta biləcəyinin də qarşısını alsın. Bu da bazarın xüsusi qanunlarından biridir.

İstehsal təklifin həcmini, sturukturunu müəyyənləşdirir. İstehsalçı qabaqcadan bilməlidir ki, kimin üçün nə və nə qədər istehsal etməlidir. Bunun üçün o, qarşısında duran konkret potensial istehlakçını görməyi bacarmalıdır.

 

Bazarda tələbin həcminin və strukturunun müəyyən edilməsi.
Hər hansı bir əmtəə üzrə tələbin həcmi dedikdə,həmin əmtəə üzrə istehlakçıların almaq istədikləri və eyni zamanda almağa qadir olduqları miqdar başa düşülür. Tələbin həcmi müxtəlif amillərdən asıllıdır, lakin bunların arasında mühüm rol oynayan amil həmin əmtəələrin qiymətidir. Əgər dondurmanın 100qr-ının qiyməti 2manata çatarsa, onda təbii ki, siz daha az dondurma alacaqsınız. Digər bir tərəfdən əgər qiymət 20 qəp olarsa, onda sız daha çox dondurma almaq istəyəcəksiniz. Qiymət artdıqca tələbin həcminin azaldığını, qiymət azaldıqca isə tələbin həcminin artdığını nəzərə alaraq, tələbin həcmi ilə qiymət arasında tərs mütənasibliyin mövcud olduğunu görürük və bu tələb qanunu adlanır. Beləliklə, tələbin həcminə qiymətdən əlavə gəlir, əlaqəli əmtəələrin qiymətləri, zövqlər, gözləmələr, alıcının sayı təsir edir.

Real bazar tam müstəqillik tələb edir.

İqtisadi müstəqillik o deməkdir ki, hər bir suveren dövlətin, o cümlədən azadlıq uğrunda mübarizə aparan Azərbaycan Respublikasının öz ərazisindəki yeraltı, yerüstü sərvətlərin hamısına sahib olmaq, onlara sərəncam vermək və ondan tam istifadə etmək hüququnun yaradılması əsasında iqtisadi müstəqilliyi təmin etsin. İqtisadi müstəqillik sisteminin aşağıdakı formaları mövcuddur.

i. idarəetmə sistemi;

ii. maliyyə-kredit sisteümi

iii. vahid-elmi texniki sistem

iv. struktur və investisiya siyasəti sistemi

v. qiymətqoyma və qiymətin tənzimlənməsi sistemi

 

Qiymət bazarın tənzimləyicisidir.

Qiymət bazarın ən vacib elementlərindən biridir. Əmtəənin dəyərinin pulla ifadəsinə qiymət deyilir. Qiymət- əmtəələrin, maddi nemətlər və xidmətlərin mübadilə prosesində təzahür edən dəyərini əks etdirir. Sadə dildə desək, qiymət əmtəəni almaq üçün ishlakçının ödəməyə razı olduğu pulun miqdarıdır. Qiymət əmtəə istehsalına sərf olunmuş ictimai zəruri iş vaxtı miqdarının dolayı ölçülməsinə xidmət edən iqtisadi kateqoriyadır. K.Marks "qiyməti” əmtəədə maddiləşmiş əməyin pulla ifadəsi adlandırmışdır. Qiymət bir malın digər mala dəyişdirilməsi nisbətidir; malların (məhsulların, xidmətlərin) dəyişdirlmə dəyərinin pulla ifadəsidir; qiymət ehtiyaclarımızı ödəmək məqsədi ilə mal və xidmətlərə verdiyimiz nisbi üstünlükdür. Qiymətin səviyyəsinin, nisbətinin və onların hərəkətinin əsasını dəyər qanunu təşkil edir. Dəyər nəzəriyyəsinin əsasını klassik iqtisadçılar o cümlədən, A. Smit, D. Rikardo, K. Marks və sair iqtisadçı alimlər qoymuşlar. Dəyər qanununa gəldikdə isə o- əmtəə istehsalının obyektiv qanunu olub, əmtəə mübadiləsinin onların istehsalına sərf edilən ictima zəruri əməyə müvaffiq olaraq aparılmasıdır. Bəzən buna, qiymətlərin əmələ gəlməsi qanunu da deyilir. Qiymət vasitəsi ilə istehsalçı və istehlakçı, müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə icarədarlar, müəssisə ilə müəssisə arasinda iqtisadi münasibətlər formalaşır və inkişaf edir. Qiymət elmi əsaslar üzərində qurulmalı və əmtəə dəyərinin pulla ifadəsi kimi sərf olunan ictimai zəruri əməyin kütləsinə uyğun gəlməlidir. Qiymətin əsasında məhz ictimai-zəruri əmək dayanmalıdır. Ictimai-zəruri əməyin kütləsinə uyğun olaraq əmtəələrə qiymət qoyulmalı və o, subyektiv amillərdən kənar olmamalıdır. Qiymət həm bazarın, həm də dövlətin funksiyası kimi çıxış edir.

Qiymət o zaman elmi cəhətdən əsaslandırılmış hesab olunur ki, normal işləyən hər bir müəssisədə məhsul istehsalına sərf olunan xərclər ödənilir, geniş təkrar istehsalın həyata keçirilməsi mümkün olur, istehsalın artırılmasında maddi maraq yaranır. Qiymət məhsulun alqı-satqısı ilə yanaşı istehsal, bölgü, mübadilə və istehlak da daxil olmaqla bütövlükdə iqtisadi prosesləri tənzimləyir. Bazar münasibətləri şəraitində qiymət əsasən öz-özünü tənzimlənmə vasitəsi funksiyalarını yerinə yetirir.

Tarixi kateqoriya kimi qiymət və pul mübadilənin yaranması və inkişafı prosesində meydana gəlmiş və formalaşmışdır. Iqtisadi ədəbiyyatda qiymətin formalaşmasına 2 cür yanaşılır.

1) bazar;

2) istehsal;

__Birinci yanaşmada qiymətqoymanı müəyyən edən faktorlar ilk növbədə bazarda əmtəələrə olan tələb və təkliflə xarakterizə olunur. Qiymətqoyma dedikdə- istehlak bazarında məhsulun keyfiyyətindən əhalinin sosial müdafiəsi, dövlətin iqtisadi mənafeyindən irəli gələn, istehsalçılar və istehlakçılar üçün əlverişli prinsiplər əsasında qiymətlərin formalaşmasıdır. Qiymətqoyma prosesinə istehsaldan sonra tədavül sferasına buraxılan əmtəələrə qiymətlərin müəyyən edilməsi üzrə təşkilati və metodoloji tədbirlərin məcmusu daxildir. Bu proses olduqca mürəkkəbdir. Belə ki məhsul istehsalçıdan istehlakçıya çatana qədər çoxlu sayda aralıq (vasitəçi) və ticarət təşkilatlarından keçir.

__İkinci yanaşmada qiymətin müəyyən edilməsi əsas etibarı ilə istehsal xərcləri, məhsul yaradılmasına sərf edilən əmək məsrəfləri ilə əlaqələndirilir.

Qiyməyin 6 funksiyası var: uçot; nəzarət və aqreqatlaşdırma; ödəməli və ya gəlir əmələ gətirən ; infarmasion və ya indiqator; stimullaşdırıcı; bölüşdürücü; tələb və təklifin balanslaşdırılması; istehsalın səmərəli yerləşdirilməsi.

Uçot funksiyası- istehlak xassələrinə görə müqayisə olunmayan müxtəlif əmtəələri müqayisə etməyə imkan verir.

Qiymətin bölüşdürücü funksiyası- qiymətlər milli gəlirlərin iqtisadiyyatın sahələri, dövlət və digər sektorlar, müxtəlif mülkiyyət formaları, regionlar və istehsal fondları, əhalinin sosial qrupları arasında bölüşdürülməsi və yenidən bölüşdürülməsində iştirak edirlər.

Qiymətin ən vacib başlıca funksiyalarindan biri məhz onun stimullaşdırıcı xarakterə malik olmasıdır. Qiymət sistemi elə qurulmalıdır ki, o istehlakçının mənafeyinə toxunmadan istehsalçıda güclü stimul yaratsın, onu istehsalın genişləndirilməsinə və iqtisadi səmərəliliyin yüksəldilməsinə sövq etsin. Başqa sözlə, istehsalda istehsalın inkişafına və nəticələrinə güclü maddi maraq yaratsın.

Bazar münasibətləri şəraitində qiymətlərin növləri.

İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymət növləri bir-biri ilə qarşılıqlı əlaqədə olub, müxtəlif bazar amillərinin təsiri altında daim inkişafda olan qiymət sistemlərini yaradır. Qiymət sistemi- bazar iştirakçılarının qarşılıqlı iqtisadi münasibətlərinə xidmət edən və onları tənzimləyən müxtəlif qiymət növlərinin məcmusudur. Bu sistemlər sıx qarşılıqlı əlaqədə fəaliyyətdə olan ayrı-ayrı bloklardan ibarətdir. Bu buloklardan birində olan dəyişiklik digərinə də keçir. Bir qiymət növünün səviyyəsinin və quruluşunun dəyişməsi digər qiymət növlərinin dəyişməsinə də səbəb olur. Bu bazar mexanizminin elementlərinin və bazar subyektlərinin qarşılıqlı əlaqəsi ilə şərtlənir. Müasir bazara xidmətin xüsusiyyətləri və miqyasından asılı olan aşağıdakı qiymət sistemləri vardır.

  1. Milli (daxili) qiymətlər sistemi;
  2. Regional bazarların qiymət sistemi;
  3. Xarici ticarət qiymətlər sistemi;
  4. Beynəlxalq müştərək biznesə olan qiymətlər sistemi;
  5. Dünya qiymətləri sistemi;

Bazarda miqyasdan asıllı olmayaraq aşağıdakı qiymət növlərini fərqləndirirlər:

A)Xidmət etdiyi iqtisadi(ticarət) dövriyyənin xarakterinə görə;

  1. (sənaye məhsullarına olan)topdansatış qiymətləri;
  2. pərakəndəsatış qiymətləri;
  3. kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri;- kənd təsərrüfatı istehlakçıların dövlət və müəssisələrə kənd təsərrüfatı məhsulunu iri həcmlərlə reallaşdırdıqları qiymətlərdir.
  4. tikinti məhsularının qiymətləri;-tikinti məhsullarına münasibətdə smeta(məhsulların dəyəri) qiymətləridir.
  5. tariflər;-xüsusi əmtəə olan xidmətlərin qiymətləridir.(yük və sərnişin nəqliyyatı tarifləri, əhaliyə pullu xidmətə olan tariflər)
  6. xarici ticarət qiymətləri;- milli və xarici əmtəə və xidmətlərin idxal və ixracının həyata keçirildiyi qiymətlərdir.( idxal və ixrac əmtəə dövriyyəsinə xidmət edən qiymətlər)

B)Dövlət tənzimlənməsinin sərtliyinə görə:

  1. sərbəst bazar qiymətləri;-dövlətin birbaşa müdaxiləsindən azad olan qiymətlərdir. Bazar tələb və təklifin təsiri altında formalaşırır. Lakin burada lazımı hallarda qiymətlərin səviyyə və quruluşuna dolayı yollarla təsir edilir.
  2. tənzimlənən qiymətlər;- dövlətin qoyduğu müəyyən hədlər çərçivəsində və müəyyən metodika üzrə dəyişilməsinə yol verilən qiymətlərdir. Bazar iqtisadiyyatı şəraitində bu növ qiymətlər geniş yayılıb və ənənəvi olaraq yüksək dövlət nəzarəti obyekti olan əmtəə və qiymətlərə qoyulur (xammalın, yanacağın əsas növləri, magistiral nəqliyyat, rabitə,yüsək sosial əhəmiyyətli məhsullar və s).
  3. sabit qiymətlər- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər.

V) qiymətəmələgəlmə mərhələsinə görə:

1. İstehsalçının topdansatış qiymətləri;

2. sənayenin topdansatış qiymətləri;

3. topdansatış tədarük qiymətləri;

4. pərakəndəsatış qiymətləri;

Q) Bazis qiymətlərinin uçotuna görə və ya franko növlərinə görə; bazis şərtləri dedikdə, nəqliyyat, yükləmə, boşaltma, məhsulun sığortalanması və əmtəələrin dövlət sərhəddini keçdiyi zaman gömrük sənədləşdirilməsi xərclərinin qiymətdə əks olunması şərtləri nəzərdə tutulur. Qiymətlərin frankolaşması dedikdə, məhsulun istehsalçılardan istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçot qaydaları başa düşülür.

1. franko-anbar təchizat qiymətləri;-

2. franko-stansiya göndəriş qiymətləri;

3. franko-vaqon stansiya göndərmə qiymətləri;- Onun tətbiqi zamanı məhsulun göndərmə stansiyasına çatdırılması xərcləri qiymətlərə daxil edilir,qalan xərclər istehlakçı tərəfindən ödənilir.

4. franko-vaqon stansiya təyinat qiymətləri;

5. franko-anbar istehlakçı qiymətləri;- bu qiymət növünün tətbiqi zamanı bütün tədavül xərcləri qiymət elementinə çevrilirlər.

Franko- göndəriş qiymətləri- bu qiymətlərə istehsal xərcləri və zəruri mənfəətlə yanaşı, əsas yük daşınmasının başlanğıc məntəqəsinə qədər nəqliyyat xərcləri də daxildir.

 

D) Ticarətin təşkil olunması və qiymət informasiyasına görə:

1. birbaşa kontrakların qiymətləri;

2. birja qiymətləri;

3. hərrac qiymətləri;

4.tender qiymətləri;

5. sorğu qiymətləri;

6. preyskurant (kataloq, prospekt) qiymətləri;-istehsalçı firmalar tərəfindən standart, kütləvi məhsul üzrə, məlumatların texniki-iqtisadi parametrlərinin qısa xarakteristikası verilməklə çap olunur. Preyskurat qiymətlər sövdələşmələrin bağlanması zamanı qiymətlərin razılaşdırılması üçün baza kimi çıxış edir.

7. təklif qiymətləri;- istehsalçılar tərəfindən xüsusi sifarişli məhsul üzrə istehlakçılarla razılaşdırılmada əsasında qoyulur.

8. orta xüsusi qiymət göstəriciləri, qiymət indeksləri.

Qiymət sisteminin mühüm tərkib elementlərindən biri də dünya bazar qiymətləridir. Dünya bazarında xarici ticarət fəaliyyətini həyata keçirərkən aşağıdı qiymət növləri fərqləndirilirlər:

1.FAS və FOB ixrac qiymətləri. Bu qiymətlər üzrə ixracatçı firma idxalçıya əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə FAS qiymətinə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə FOB qiymətinə satır.

2.SİF idxal qiymətləri özündə FOB qiymətindən əlavə yükləri idxalçı və ya ixracatçı ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərclərini birləşdirir.

3.Kontrakt qiymətləri tərəflərin razılığına görə bir qayda olaraq dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir.

4.Birjada təyin edilən qiymətlər, hərracların və ticarət təşkilatlarının qiymətləri.

5.İri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri.

6.Beynəlxalq sövdələşmədə iştirak edən ölkələrin daxili topdansatış qiymətləri.

 

Bazar münasibətləri mübadilə dairəsində onun subyektləri.

 

Bazar münasibətləri mübadilə dairəsində onun subyektləri-alıcı və satıcılar arasında iqtisadi münasibətlərdir. Bu münasibətlər malların istehsaldan istehlak yerlərinədək yeridilməsi, onların satışının təşkili və son istehlakçıya çatdırılması ilə əlaqədar olan bütün iqtisadi münasibətlər sistemini əhatə edir. Bazarda alıcı və satıcı simasında qarşılaşan iqtisadi varlıqlar: 1) geniş əhali kütləsi 2) firmalar, müəssisələr, təşkilatlar 3) dövlət hesab olunur. Real bazar şəritində bazar subyekləri arasında şərtlər irəli sürülür: istehsalçı nəinki alıcıları öyrənməli, hətta onunla rəqabətdə olan istehsalçıları tanımalıdır; məhsulu konkret olaraq hansı bazar üçün ishehsal edildiyini bilməlidir, hansı məhsulun buraxılması onun özü və alıcıları üçün faydalı olduğunu, faydalılıq və keyfiyyətlilik baxımından necə nə qədər istehsal ediləcəyini müəyyənləşdirilməlidir, məhsulun rəqabət tablı olmasını təmin etməlidir.

Bazar iqtisadiyyatı sisteminin subyektinə, itisadi insan anlayışına istehsal üzrə sahibkar, mülkiyyətçilər, biznesmenlər, menecerlər, bankirlər, kommersantlar, fermerlər, muzdlu işçilər və geniş mənada istehsalçılar və s. daxildir.

Sahibkarlıq və biznes fəaliyyətinin subyektlərinin ham



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.