Bazar Mexanizmi. Tələb və Təklif Nəzəriyyəsi » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Bazar Mexanizmi. Tələb və Təklif Nəzəriyyəsi

Bazar Mexanizmi. Tələb və Təklif Nəzəriyyəsi

  • 5-09-2015, 21:29
  • 5272
  • 0
  • Iqtisadi məqalələr

Bazar Mexanizmi. Tələb və Təklif Nəzəriyyəsi

 

Cəmiyyətin ən son yaranan təsərrüfat forması bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı şəraitində mövcud olan əsas iqtisadi anlayışlardan biri də bazar mexanizmidir. Bazar iqtisadiyyatına keçid bu anlayışsız qeyri-mümkündür.
Bazar mexanizmi bazar subyektlərinin məhsul istehsalında, satışında, həmçinin kapital qoyuluşu sahəsində maraqlarının qarşılıqlı əlaqəsini təmin edən, bazar iqtisadiyyatının əsas prinsiplərindən olan mühüm bir iqtisadi anlayışdır.
Bu mexanizmin əsas funksiyası bazar subyeklərinin bir-biri ilə razılaşmasına şərait yaratmasıdır. Başqa sözlə desək, şəxsi məqsədlərini güdən sahibkarlarla istehlakçılar arasında qarşılıqlı əlaqəni təmin edir. Sahibkarlar şəxsi mənafeyinə uyğun olaraq hərəkət edir. Bazar mexanizmi isə son nəticədə sahibkarı istehlakçının mənafeyinə uyğun hərəkət etməyə məcbur edir.
Bazar mexanizmi digər bir əsas funksiyası isə qiymətlərin yaradılması və resursların bölüşdürülməsidir. Həmçinin bu mexanizm əmtəə alıcıları ilə satıcıları arasında əmtəənin kəmiyyəti və keyfiyyəti, eləcə də istehsalın quruluşunun müəyyənləşdirilməsində qarşılıqlı əlaqələri təmin edən bir mexanizmdir.
Hər bir təsərrüfat mexanizminin olduğu kimi, bazar mexanizminin də əsas elementləri mövcuddur. Bunlar bazar iqtisadiyyatı şəraitində mühüm amillər sayılan tələb, təklif, rəqabət və qiymətdir. Bu amilləri öyrənmədən bazar mexanizmi anlayışını dərindən qavramaq mümkün deyildir.
Tələb anlayışı çöx mühüm iqtisadi anlayış olmaqla, ictimai tələbəbatların əmtəə-pul münasibətləri, bazar iqtisadiyyatı şəraitində təzahür edən spesifik formasıdır. Böyük iqtisadçılardan biri olan K.Marksın fikrincə, tələb bazarda əmtəələrə təqdim edilən tələbatdır. Başqa sözlə desək, tələb bazara çıxarılan tələbatdır. Bu anlayış tələbat anlayışının aktiv forması olub, ona təsir edir, onun fasiləsiz inkişafına və keyfiyyətcə təkmilləşməsinə səbəb olur. Tələb istehsalla bağlıdır, yəni müəyyən əmtəəyə tələbin yaranması üçün əvvəlcə həmin əmtəənin istehsal olunub bazar çıxarılması lazımdır. Bazarda alıcının sayının artması ilə tələb düz mütənasibdir.
Tələb anlayışının mahiyyətinin şərh olunmasında tələb qanununun xüsusi əhəmiyyəti var. Bu qanuna əsasən, bazar şərtləri sabit qalmaqla hər hansı əmtəələrin qiymətlərində artım baş verdiyi təqdirdə həmin əmtəələrə olan tələb aşağı düşür və yaxud əksinə.

Təklif dedikdə müəyyən dövr ərzində hər hansı bir əmtəəni müəyyən qiymətə satmaq arzusu və imkanı başa düşülür. Bu anlayış daim hərəkətdə olub, bazarda əhalinin ödəmə qabiliyyətli tələbinə qarşı durur. Onun əsasını əmtəə təklifi təşkil edir.
Bir çox iqtisadçıların fikrincə, təklif bazarda mövcud olan və yaxud bazara yeridilən əmtəə kütləsidir. Onun miqdarı istehsalın həcmi ilə müəyyən olunur. Digər iqtisadçıların fikrincə isə, təklif satıcıların konkret məkanda və vaxtda alınması üçün təklif etdiyi əmtəələrin miqdarına deyilir.
Bazar mexanizminin digər bir mühüm amili isə latın dilində tərcümədə "toqquşma” (concurere) mənasını verən rəqabətdir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin varlığı rəqabətin mövcudluğunu şərtləndirən əsas amildir. Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakçıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edən iqtisadi anlayışdır. Bazar iqtisadiyyatı şəraitində bu amil çox önəmli rol oynayır.

Bazar mexanizminin, eləcə iqtisadiyyat elminin mühüm anlayışlarından biri də qiymət anlayışıdır. Dəyərdən asılı olan qiymət anlayışına bir çox iqtisadçılara və iqtisadi ədəbiyyata əsaslanaraq belə bir tərif vermək olar: "Qiymət əmtəənin dəyərinin pulla ifadəsidir”.
Bazar iqtisadiyyatı sərbəst, iqtisadi cəhətdən əsaslandırılmış qiymətlər formalaşdıran əmtəə istahsalçılarına istinad edir. Buna görə də bazar mexanizmi düzgün qiymət siyasətinin aparılmasını, qiymətlərin formalaşmasında dəqiq strategiya və taktikadan istifadə edilməsini, qiymətin düzgün metodunun seçilməsini tələb edir.
İqtisadi kateqoriya olan qiymət istehsalçı ilə istehlakçı, müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə icarədarlar, həmçinin müəssisə ilə müəssisə arasında iqtisadi münasibətlərin formalaşmasında və inkişaf etdirilməsində həlledici rol oynayır, eləcə də istehsala, bölgüyə, mübadiləyə və istehlaka bilavasitə təsir göstərir.
Bütün bu deyilənləri ümumiləşdirərək bazar mexanizminə aşağıdakı tərifi vermək olar:
"Bazar mexanizmi bazarın əsas elementləri sayılan tələbin, təklif, qiymətin və rəqabətin, eləcə də bazarın ən əsas iqtisadi qanunlarının qarşılıqlı əlaqəsini təmin edən bir təsir mexanizmidir”.



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.