Bazar və Bazar İqtisadiyyatı » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Bazar və Bazar İqtisadiyyatı

Bazar və Bazar İqtisadiyyatı

  • 5-09-2015, 21:33
  • 3115
  • 0
  • Iqtisadi məqalələr

Bazar və Bazar İqtisadiyyatı

Min illər boyu cəmiyyət inkişaf etdikcə ictimai təsərrüfat formaları bir-birini əvəz etmişlər. Bu formalarından ən əsasları natural təsərrüfat, əmtəə təsərrüfatı və bazar iqtisadiyyatıdır.

Bu formaların hər biri digərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, əgər natural təsərrüfat formasında insanlar yalnız öz tələbatlarını ödəmək məqsədi ilə məhsul istehsal edirdilərsə, əmtəə təsərrüfatı formasında öz tələbatlarından artıq məhsul istehsal etməyə başladılar.
Amma bu təsərrüfat formalarının fərqli cəhətləri olsa da, onların ümumi cəhətləri də var. Ən ümumi cəhətlrindən biri hər hansı forma ondan əvvəl gələn formanın inkişafı nəticəsində meydana gəlməsidir.
Bazar iqtisadiyyatı natural və əmtəə təsərrüfatı formalarından xeyli sonra meydana gəlmiş və müasir dövrədək gəlib çıxmışdır. Bu anlayışın meydana gəlməsi kapitalist münasibətlərinin (iqtisadiyyatının) yaranması ilə demək olar ki, eyni zamanda meydana gəlmişdir. Kapitalist münasibətlərinin inkişafı bazar iqtisadiyyatının da inkişafına səbəb oldu.
Bazar iqtisadiyyatının mövcud olması üçün bəzi amillərin olması zəruridir. Bu amillərə inkişaf etmiş ictimai əmək bölgüsü, əmtəə təsərrüfatının geniş əhatəyə malik olması, bazarın əsasını təşkil edən tələb və təklifin yüksək dinamikliyi, iqtisadi demokratikləşmə, istehsalın və bazar infrastrukturunun genişlənmə meylinin güclənməsi və s. proseslər daxildir. Bunları bazarın iqtisadiyyatının genetik əsasları da adlandırırlar. Daha sonra adı çəkilən bu genetik əsaslar inkişaf edərək bazar iqtisadiyyatının səciyyəvi komponentinə çevrilmişlər.
Cəmiyyətin bu təsərrüfatçılıq formasında çox mülkiyətçilik mühüm rol oynayır. Bazar iqtisadiyyatında mülkiyyətin özəl, dövlət, kooperativ, səhmdar kimi növləri var.
Bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri də sahibkarlıq fəaliyyətinin mövcudluğudur. Sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatında həlledici rol oynayır.
Tarixi insan cəmiyyətinin yaranması ilə bağlı olan istehsal və istehlak amilləri bazar iqtisadiyyatında mühüm rol oynayırlar. Lakin bazar iqtisadiyyatı şəraitində bu iki amil daimi xarakter daşıyır. Onların əsas təzahür forması topdan bazar sövdələşmələridir.
Müasir bazar münasibətlərinə xas olan ən əsas cəhətlərdən biri də bazar iqtisadiyyatının fundamental prinsipləri sayılan şəxsi iqtisadi azadlıq, iqtisadi demokratikləşmə və liberallaşdırmadır. İqtisadi azadlıq dedikdə ilk növbədə istehsalçının istədiyi məhsul istehsalı ilə məşğul olma imkanıdır. Bura birjalar, gömrük sistemləri, kommersiya sığorta təşkilatları, reklam agentlikləri, auditor kampaniyaları, topdan və pərakəndə satış strukturları daxildir.
Bu təsərrüfatçılıq formasının aparıcı amillərindən biri mənfəət əldə etməkdir. Bazar iqtisadiyyatının mövcudluğu şəraitində sahibkarlıq fəaliyyətində mənfəət əldə etmək üçün riskə getmək, digər sahibkarlarla mübarizədə qalib gəlmək vacibdir. Bu sadaladıqlarımızın hər biri bazar iqtisadiyyatının inkişafına təsir göstərir.
Bir çox iqtisadçılar bazar iqtisadiyyatına dövlətin təsirinin olub-olmaması məsələləsi ətrafında mübahisə etmişlər. Bu məsələ müxtəlif cərəyanın nümayəndələri tərəfindən müxtəlif cür şərh olunur. Məsələn, neoklassiklər bazar iqtisadiyyatına dövlətin təsirinin olmamasının tərəfdarıdır. Neoklassiklərdən fərqli olaraq keynsçilikdə isə bazara dövlət müdaxiləsinin zəruriliyi önə çəkilir.Keçid dövründə bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi vacib şərtdir və daha çox səmərə verə bilər. Əslində, neoklassiklər də dövlətin bazara təsirinin çox cüzi olmasının tərəfdarıdırlar. Lakin onlar dövlət tənzimlənməsinin yalnız bazar üçün zəruri şəraitin yaradılmasında görürdülər.


Bir çox iqtisadi ədəbiyyatlarda bazar və bazar iqtisadiyyatı anlayışları arasında heç bir fərqin olmadığı qeyd olunur. Lakin bu fikri doğru qəbul etmək olmaz. Çünki bazar iqtisadiyyatı, digər adı ilə bazar iqtisadiyyatı sistemi anlayışı mahiyyətinə görə fərqlidir, başqa sözlə desək, başqa elmi və praktiki məna kəsb edir.

Bazar iqtisadiyyatına keçiş hər ölkədə eyni zamanda olmamışdır. Fərqli zamanlarda yaranan bu təsərrüfatçılıq formasının hər xalqın adət-ənənələrinə, yaşam tərzinə, mövcud olan mülkiyyət növlərinə, dövlətin yeritdiyi siyasətə və tənzimləməyə uyğun olaraq yaranması onun modellərinin yaranmasına gətirib çıxardı. Müasir bazar iqtisadiyyatının üç modeli var. Bunlar liberal (amerikan), sosial yönümlü (alman) və sosial-demokrat (isveç) modelləridir.

Bazar iqtisadiyyatının bu forması çox geniş bir iqtisadi anlayış olmaqla özündə cəmiyyət həyatında mühüm rol oynayan anlayışları birləşdirir. Məhz bu səbəbə görə də, onu cəmiyyətin ən vacib təsərrüfatçılıq forması kimi qələmə verirlər.



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.