Dövlətin prinsipləri və formaları » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Dövlətin prinsipləri və formaları

Dövlətin prinsipləri və formaları

  • 5-09-2015, 21:55
  • 761
  • 0
  • Iqtisadi məqalələr

Dövlətin prinsipləri və formaları.

Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.
1.İdarəetmə formasıdedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.
Monarxiyada
ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur. Parlamentli monarxiyaya tipik misal olaraq müasir Böyük Britaniyam göstərmək olar.
Respublikadahakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün seçilir və ya təşkil olunur. Respublikalar parlamentli və ya prezidentli ola bilər.
Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir. Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, Italiya prezidenti (parlamentli respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin sədrlərini dinləyərək hər iki, yaxud bir palatam buraxa bilər. Bu hal onların mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Türkiyə, Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.
Prezidentli respublikailk növbədə onunla səciyyələnir ki, prezident dövlət başçısı və hökumət başçısı səlahiyyətlərini daşıyan ali vəzifəli şəxsdir. Dövlət başçısı xalq tərəfindən birbaşa seçilir və odur ki, onun mandatının hüquqi qüvvəsi parlamentin mandatının hüquqi qüvvəsinə bərabər olur. Belə respublikada hökumət prezidentin özü tərəfindən təşkil olunur və parlament qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət daşıyır və ona hesabat verir, yalnız prezident qarşısında istefa verir. Xalq tərəfindən seçilən prezidentin, bununla bərabər parlamenti buraxmaq hüququ yoxdur. Prezidentli respublika kimi, məsələn, Amerika Birləşmiş Ştatlarını, Azərbaycan Respublikasını göstərmək olar.
Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması mövcuddur, yəni prezidentli respublikanın əlamətləri ilə yanaşı (dövlət başçısı əhali tərəfindən seçilir, icra hakimiyyətinin başçısıdır, hökuməti təşkil edir və s.) parlamentli respublikanın (hökumət parlament qarşısında cavabdehlik daşıyır, prezident tərəfindən parlamentin vaxtından əvvəl buraxılması mümkündür və s.) əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə forması olan ölkələrə Fransanı, Rusiya Federasiyasını aid etmək olar.
Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün idarəetmənin başqa forması - super prezidentli respublika xarakterikdir. Onun əsas əlaməti həddən artıq böyüdülmüş və mahiyyət etibarilə nəzarət edilməyən prezident hakimiyyətidir (prezident əhali tərəfindən seçilir, parlamenti buraxmaq, referendum keçirmək və s. hüququ var).

2.Dövlət quruluşunun formasıdedikdə, dövlətin ərazi və ya milli-ərazi təşkili başa düşülür, yəni bu dövlətin ərazisi necə qurulub, hansı hissələrdən ibarətdir və onların hüquqi vəziyyəti necədir.
Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur.
Unitar dövlət(latın dilində «unus» - «vahid», «tək» deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati - ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, Efiopiya misal ola bilər. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi və s. olur. Ayrı-ayrı hallarda milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir.
Federativ dövlət(latın dilində «fedus» - «ittifaq» deməkdir) - mürəkkəb ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının - federasiya subyektlərinin birliyinin nəticəsidir.
Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi bölgüsünə malikdirlər.
Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki sisteminə - federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi aktlara - federasiya və federasiya subyektlərinin hüquqi aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir. Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir.
Konfederasiya(latın dilində «konfederasio» - «birlik» deməkdir) - federasiya ilə müqayisədə dövlətlərin bu və ya digər məqsədlərlə müvəqqəti olaraq birləşdiyi, çox da möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam şəkildə müstəqilliklərini saxlayırlar. Federasiya ittifaq dövləti, konfederasiya isə dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu milli qanunvericiliklə müəyyən olunduğu halda, konfederasiyanın hüquqi statusu bir qayda olaraq beynəlxalq hüquqla müəyyən olunur, lakin burada milli qanunvericiliyin, xüsusilə konstitusiya hüquqi müddəalarında əhəmiyyəti az deyildir. Konfederasiyanın tərkibinə daxil olan dövlətlər beynəlxalq hüququn müstəqil subyekti olaraq qalır və öz dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid ərazi yoxdur, onun ərazisi konfederasiya üzvlərinin - ayrı-ayrı dövlətlərin ərazilərindən ibarətdir. Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa daxil olan hər bir ayrıca dövlətin öz vətəndaşlığı var. Konfederasiya subyektlərinin ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq hakimiyyətinin qəbul etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki, konfederasiyanın dövlət quruluş forması hesab edilməsi məqsədə müvafiq deyil.
Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə onun həll etdiyi işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici siyasət, müharibə və sülh məsələləri, vahid ordunun formalaşdırılması, vahid iqtisadi məkanın yaradılması və s.). Konfederasiyanın büdcəsi üçün məcburi surətdə üzvlük haqlarının yığılması imkanı kimi, konfederasiyanın bilavasitə vergi qoymaq hüququ da yoxdur. Onun büdcəsi konfederasiya subyektlərinin könüllü ödəmələri əsasında təşkil olunur. Bir qayda olaraq konfederasiyada vahid pul dövriyyəsi mövcud deyil.
Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli olaraq) birləşməsi bir qayda olaraq yeni dövlətin yaranmasına gətirib çıxarmır. Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu zaman onlar öz fəaliyyətlərini əlaqələndirmək üçün xüsusi birgə orqanlar yaradırlar. Bir qayda olaraq onların qərarları konfederasiyaya daxil olan ayrı-ayrı ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları tərəfindən təsdiq edildikdən sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə konfederasiya olmuşdur. 1982-ci ildə konfederativ ittifaqda Qambiya və Seneqal birləşmiş, bununla da Seneqambiya konfederasiyası meydana gəlmişdi ki, o da bir neçə ildən sonra süqut etdi. Azərbaycan Respublikası bu gün MDB-yə daxildir ki, bu birliyə konfederasiyanın bir sıra əlamətləri məxsusdur.

Yuxarıda deyilənlərlə bərabər dövlətin idarə olunmasının demokratikliyi və ya antidemokratikliyi nöqteyi-nəzərindən dövlətin formasını xarakterizə etmək olar. Belə dövlət formasının mahiyyəti «siyasi rejim» adlanır.
Siyasi rejimcəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi vəziyyəti, dövlət hakimiyyətini həyata keçirmək vasitəsi olan metod və üsullarla (demokratik, antidemokratik) xarakterizə olunur.
Demokratik rejim vətəndaşlara məxsus geniş hüquq və azadlıqların tanınmasını, müxalifət partiyalarının leqal fəaliyyətini, hökumətin müvafiq seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur.
Antidemokratik rejim şəraitində insanların hüquq və azadlıqlarının boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferalarına müdaxilə etməsi, hakimiyyətin ali nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun oyuncaq idarəyə çevrilməsi, hökumətin hakimiyyəti ələ alan ordu tərəfindən təşkil olunması və s. istisna edilmir.
Dövlət formasını, onun siyasi rejimini xarakterizə etmək üçün «demokratiya» (xalq hakimiyyəti) anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu anlayışla dövlət quruluşu məlum olur, buna görə idarəetmə əksəriyyətin iradəsi ilə həyata keçirilir, hakimiyyətin yeganə mənbəyi xalq sayılır. Demokratik dövlətdə qanunvericilik hakimiyyəti əhalinin seçdiyi nümayəndəli orqan (xalq məclisi, parlament) tərəfindən həyata keçirilir. Nümayəndəli orqanlara seçkilər ümumi, bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir. Demokratik dövlətdə insanların hüququ beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsip və normalara, həmçinin həmin ölkənin konstitusiyasına uyğun olaraq həyata keçirilir.
Xalq hakimiyyətinin təzahür forması kimi «bilavasitə (birbaşa) demokratiya» və «nümayəndəli demokratiya» anlayışlarını fərqləndirmək lazımdır. Bilavasitə demokratiya o deməkdir ki, xalq dövlət işlərində birbaşa iştirak edir, məsələn, referendum yolu ilə - qanun layihəsi, yaxud başqa mühüm əhəmiyyətli problemlər üzrə öz iradəsini ifadə edir. Nümayəndəli demokratiya - xalqın, dövlətin idarə olunmasında iştirakının elə formasıdır ki, bu zaman o, özünə məxsus olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri vasitəsilə həyata keçirir.



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.