Azərbaycanda gömrük tarifləri, xarakterik xüsusiyyətləri » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Azərbaycanda gömrük tarifləri, xarakterik xüsusiyyətləri

Azərbaycanda gömrük tarifləri, xarakterik xüsusiyyətləri

  • 5-09-2015, 22:00
  • 735
  • 0
  • Iqtisadi məqalələr

Azərbaycanda gömrük tarifləri, xarakterik xüsusiyyətləri

Azərbaycanda gömrük tarif tənzimləməsinin hüquqi əsasını 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının "Gömrük Tarifi haqda Qanunu” təşkil edir.Qanunda gömrük tariflərinin anlayışı verilir, onların məqsədləri, tətbiqi prinsipləri,gömrük rüsumlarının və digər gömrük ödənişlərinin müəyyən edilməsi qaydaları əks olunmuşdur.Qanunda həmçinin gömrük tariflərinin tətbiqi üçün zəruri olan gömrük dəyərinin hesablanması , malın mənşə ölkəsinin müəyyən edilməsi və eləcə də antidempinq və kompensasiya rüsumlarının tətbiqi qaydaları müəyyən edilmişdir. Azərbaycanda gömrük rüsunlarının əsas hissəsi advalor qaydada hesablanır. Advalor rüsumlar malın gömrük dəyərinə görə faizlərlə hesablanır. (məsələn -15%). Advalor rüsumların müsbət cəhəti ondadır ki, bazar qiymətlərinin dəyişməsindən asılı olmayaraq daxili bazarın müdafiə səviyyəsini dəyişməz saxlayır. Qiymətlərin dəyişməsi ilə yalnız büdcənin gəlirləri dəyişir. Advalor rüsumların zəif cəhəti onların hesablanması üçün malın gömrük dəyərinin müəyyən olunması zərurətinin olmasıdır.Malın gömrük dəyəri və mənşə ölkəsinin müəyyən edilməsi qaydaları : Qeyd edildiyi kimi advalor rüsumlar malın gömrük dəyərinə görə hesablanır. Malın gömrük dəyərinin hesablanması gömrük rüsumlarının düzgün hesablanması üçün mühüm əhəmiyyətə malikdir. Tutaq ki, malın ixracçı ölkədəki qiyməti 100, müqavilə qiyməti 80, idxalçı ölkənin daxili bazarındakı qiyməti isə 130 –dır. Bu halda hansı qiymət gömrük rüsumlarının hesablanması üçün əsas kimi götürülməlidir. Aydındır ki, gömrük dəyərinin müəyyən olunmasının dəqiq sisteminin olmaması bu məsələdə sui-istifadələr üçün geniş imkan açır. Məhz bu səbəbdən beynəlxalq səviyyədə malların təsnifatı sisteminin yaradılması ilə paralel malların gömrük qiymətləndirilməsi qaydaları da işləndi. Bu gön dünya ölkələrinin əksəriyyətində gömrük dəyəri ÜTT-nin "Gömrük dəyəri Məcəlləsi” əsasında işlənmiş qaydalarla müəyyən olunur. Azərbaycanda da malların gömrük dəyərinın müəyyənləşdirilməsi qaydaları bu məcəllə əsasında işlənib və "Gömrük Tarifi haqqında AR Qanunu”-nda əks olunub.



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.