Azərbaycanda bələdiyyələrin əsas problemləri » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Azərbaycanda bələdiyyələrin əsas problemləri

Azərbaycanda bələdiyyələrin əsas problemləri

  • 20-04-2016, 09:34
  • 756
  • 0
  • Iqtisadi məqalələr
 Azərbaycanda bələdiyyələrin əsas problemləri 
Azərbaycanda bələdiyyələrin əsas problemləri və onların həlli yolları
Bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır.
Müxtəlif dövlətlərdə yerli özünü idarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır.
Yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Görkəmli fransız alimi A.de Foksil hələ 1835 – ci ildə nəşr olunmuş "Amerikada demokratiya ” adlı məcmuəsində yazırdı: "Yerli özünüidarəetmə institutları olmadan millət azad hökümət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz”.
Məlum olduğu kimi, Azərbaycanda ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu il tarixində keçirilib. O vaxtdan etibarən respublikamızda bələdiyyələr fəaliyyət göstərsə də, hələ də bələdiyyələrin idarəedilməsində bir çox problem və çatışmamazlıqlar var. Ona görə də bu problemlərin araşdırılıb, təhlil edilməsi və nöqsanların aradan qaldırılması olduqca aktual və vacib məsələdir. Hazırda 1718 bələdiyyə fəaliyyət göstərir. Amma əlbəttə ki, bu da çox böyük rəqəmdir. Xırda bələdiyyələri birləşdirməklə daha səmərəli iş görmək olar. Hazırkı bələdiyyələrin sayı ciddi şəkildə azaldılmalıdır. Məsələn, Danimarka, Bolqarıstan və digər inkişaf etmiş ölkələrdə 80-200 arası bələdiyyə mövcuddur. Bizdə isə 1718 bələdiyyə fəaliyyət göstərir.
Əsas problem torpaqların vətəndaşlara qanunsuz satılmasıdır. Bəzən yeni gələn bələdiyyə sədri torpağı ikinci dəfə satır. Nəticədə minlərlə şikayətçi ortaya çıxır.Bununla belə, bələdiyyələrin səlahiyyət məhdudiyyətlərinin olması, müəyyən maliyyə çatışmamazlıqları, ixtisaslı kadrların olmaması, bələdiyyə mülkiyyətinin istifadəsinin düzgün təşkil edilməməsi də bələdiyyələrin işinə mənfi təsir göstərir.
Dövlətin yerli özünüidarə qurumları üçün müəyyənləşdirdiyi gəlir mənbələrindən bələdiyyələrin çox az hissəsinin bəhrələndiyini rəsmi statistika da təsdiqləyir. Məsələn, Maliyyə Nazirliyinin hesabatlarına əsasən, 2008-ci ildə cəmi 39 bələdiyyə mədən vergisi üzrə ödəniş yığa bilib. Bu isə həmin vergi növündən ölkə üzrə bütün bələdiyyələrin cəmi 1,4 faizinin bəhrələnməsi deməkdir. Həmin il 244 bələdiyyə (8,8 faiz) əmlak, 7 bələdiyyə mənfəət (0,2 faiz) vergisi, cəmi 14 bələdiyyə (0,4 faiz) reklam, 61 bələdiyyə (2,2 faiz) avtomobil dayanacaqları üçün ödəniş toplaya bilib.
Beləliklə, yerli özünüidarə orqanlarının mövcud maliyyə durumunu nəzərə alsaq, bələdiyyələrin yeni vergi mənbəyinə ciddi ehtiyacı olduğu üzə çıxır. Elə ekspertlər də bildirirlər ki, bələdiyyələrin maliyyə potensialının artırılması, onlara dayanıqlı maliyyə mənbələrinin verilməsi istiqamətində ciddi qanunvericilik dəyişikliklərinə ehtiyac var. Təklif olunur ki, ölkədə paylı vergi sisteminin tətbiqi bələdiyyələri maliyyə sıxıntılarından xilas edə bilər. Paylı vergi sistemi adından da göründüyü kimi, müəyyən vergilərdən, məsələn, hüquqi şəxslərdən gəlir vergisindən bələdiyyələrin büdcəsinə hansısa faiz nisbətində pay ayrılmasını nəzərdə tutur. Bu dəyişiklikləri tətbiq etmək üçün Vergilər Məcəlləsi və "Bələdiyyələrin maliyyə əsasları haqqında” qanuna müvafiq düzəlişlərin edilməsi kifayətdir. Amma bir şərtlə ki, həmin dəyişikliklərdə vergitutma mexanizmləri, paylı vergilərin faiz nisbətinin müəyyən edilməsi prinsipləri aydın və dəqiq göstərilsin.
Ölkədə yerli özünü idarəetmə sisteminin inkişafına manə olan səbəblərin böyük bir hissəsi davranış amili ilə əhalinin bələdiyyə idarəçiliyi prinsiplərini həyata keçirməyə kifayət qədər hazır olmaması ilə bağlıdır. Təəssüf ki, uzun illər ərzində mövcud olmuş sistem respublikamızda özünüidarəetmə ideyalarını insanların şüurundan praktik olaraq tamamilə silə bilmişdir. Ona görə də bu gün vətəndaşların yerli özünü idarəetmə ilə bağlı səthi təsəvvürləri vardır. Əhali nəinki yerli özüunuidarəetmənin qanunla müəyyən olunmuş imkanları haqqında , həm də yerli özünüidarəetmənin həyata keçirilməsi sahəsində öz rolunun əhəmiyyəti haqqında çox şeyi bilmir. Məhz buradan da əhalinin idarəetmədən və yerli əhəmiyyətli məsələlərin həllindən ayrı düşməsi baş verir, hakimiyyət orqanlarına və elan olunan proqramlara ümumi inamsızlıq, yerli özünüidarəetmə orqanları ilə demokratik qarşılıqlı əlaqələr sahəsində vərdişlər yarana bilmir və yaxud da bu vərdişlər üçün faktiki təşəbbüslər yetərsizdir.
Azərbaycanın təhsil sistemində "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə hazırlanan kadrların peşakarlıq və idarəetmə sahəsində lazımi biliklərə və praktiki vərdişlərə yiyələnmələrini təmin etmək məqsədilə bələdiyyələr üçün qabaqlayıcı kadr hazırlığı proqramları işlənib hazırlanmalıdır. Tədris planı idarəetmənin əsas funksional sahələrini, o cümlədən dövlət və bələdiyyə idarəçiliyinin xüsusiyyətlərini, beynəlxalq təcrübəni, maliyyə-iqtisadiyyatın, vergi sistemini dövlət tənzimlənməsi, dövlət və bələdiyyə qulluğunun idarə olunması, informasiya, hüquq, insan ehtiyatlarını idarə olunması və s. əhatə edilməlidir.
Bələdiyyələrin iş prinsiplərini tənzimləmək və təşkil etmək üçün xarici təcrübəyə nəzər salmaq daha doğru olardı.
Türkiyədə diqqət çəkən məqamlardan biri bələdiyyələrin ümumi idarə edilməsini həyata keçirən Türkiyə Bələdiyyələr Birliyinin(TBB) fəaliyyətidir. TBB 1945-ci ildə bələdiyyəçilik sahəsinin inkişafı, bələdiyyələrin ümumi məsələləri birgə həll etməsi üçün yaradılmışdır. Üstəlik istənilən vətəndaş bu birliyin rəsmi internet səhifəsində qeydiyyatdan keçərək yerli özünüidarəetmə məsələlərinin həllində iştirak edə bilər.
ABŞ-da yerli özünüidarəetmə orqanları amerikalıların xalq suverənliyi hüququnu tam həyata keçirir. Burda yerli özünüidarəetməni qraflıqlar, bələdiyyələr, məktəb dairələri və xüsusi dairələr həyata keçirir. qeyd edək ki, ABŞ-da 3133 qraflıq var ki, onlar ştatlarda olan inzibati-ərazi vahidləridir.
Bələdiyyələr isə əsasən şəhərlərdə mövcuddur və şəhərlər onlar tərəfindən idarə olunur. Bələdiyyələrin qraflıqların idarəetmə orqanlarından əsas fərqi ondan ibarətdir ki, bələdiyyələr mülkiyyətə sahib ola, bunları ala və sata bilərlər, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə, müqavilələr bağlaya bilərlər.ABŞ-da bələdiyyə idarəçiliyinin şura-mer, şura-inzibatçı, komisyon formaları mövcuddur. Bu idarəçilik formaları şəhərlərin müəyyən xüsusiyyətlərinə görə seçilir.
Nəticə. Bələdiyyə idarəçiliyinin hər tərəfli inkişafı bu gün olduqca aktual məsələdir. Yuxarıda qeyd olunanları ümumiləşdirsək belə bir nəticəyə gələ bilərik ki, Azəraycanda bələdiyyə idarəçiliyinin əsas problemləri aşağıdakılardır:
 Səlahiyyətlədə məhdudiyyətlər;
 mülkiyyətdən düzgün istifadə olunmaması;
 ixtisaslı kadr çatışmamazlığı;
 maliyyə çatışmamazlığı;
 yerli problemləri həll etmədə vətəndaşların iştirakını təmin etməmək və s.
Təklif. Azərbaycanda bələdiyyələrin idarəedilməsində əsas problemləri həll etmək üçün fikrimizcə aşağıdakı məsələlərə baxılmalıdır:
• Bələdiyyələrin statusunun yenidən müəyyənləşdirilməsi;
• Ölkədə mövcud olan bələdiyyələrin hər birinin rəsmi internet saytlarının yaradılması. Bu əhalinin bələdiyyələrin fəaliyyəti ilə bağlı informasiyaları daha asan yolla əldə etməsinə, eyni zamanda öz fikir və mülahizələrini, bələdiyyələrin fəaliyyəti ilə bağlı görüşlərini, təkliflərini bildirməsi üçün şərait yaradar. Belə bir fəaliyyət istiqaməti Türkiyədə həyata keçirilir.
• Bələdiyyələr birliyinin yaradılması. Belə bir birliyin yaradılması bələdiyyələrin ümumi məsələləri birgə həll etməsi üçün şərait yaradar.
• Vergi sisteminin təkmilləşdirilməsi və vergilərin toplanmasında tam şəffaflığın təmin olunması;
• Bələdiyyələrin mülkiyyətində olan torpaqların icarəyə verilməsi yerinə, həmin torpaqların məhz bələdiyyələr tərəfindən yaradılan hüquqi şəxs tərəfindən səmərəli istifadəsi.
• Bələdiyyələrin düzgün idarə edilməsi üçün zəruri kadrların hazırlanması. Bunun üçün sırf bələdiyyə idarəçiliyi sahəsilə məşğul olan mütəxəsislərin cəlb edilməsi və dünya ölkələrinin təcrübələrinin tətbiqinə əsaslanan təhsil sisteminin formalaşdırılması.
• Vətəndaşların yerli məsələlərin həllində iştirakını təmin etmək üçün tədbirlərin hazırlanması.


Etiketlər: bələdiyyə, qraflıq, bələdiyyələr birliyi, paylı vergi



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.