Cinayət hüququ » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Cinayət hüququ

Cinayət hüququ

  • 5-09-2015, 21:44
  • 3435
  • 0
  • Hüquq kitabları

CİNAYƏT HÜQUQU ANLAYIŞI

Cinayət hüququ hüququn müstəqil sahəsi kimi bircinsli normaların məcmusundan ibarətdir. Normaların bircinsliyi onun məzmunu ilə bağlıdır. Bu normaların köməyi ilə bir tərəfdən ölkədə cinayət sayılan əməllərin dairəsi müəyyən edilir, digər tərəfdən bu normaların tələbləri əsasında qanunu tətbiq edən orqanlar törədilən əmələ cinayət hüquqi qiymət verirlər. Cinayət hüquq normalarının bircinsliliyi həm də onların vahid funksional təsir istiqamətilə-cəmiyyəti kriminal dərslərdən qorumaq kimi funksiya ilə bağlıdır.

Beləliklə, cinayət hüququ vahid hüquq sisteminin müstəqil sahəsi kimi, hansı əməllərin cinayət olduğunu müəyyən edən, cinayət məsuliyyətinin əsaslarını və həddini, eləcə də, məsuliyyətdən və cəzadan azad etmənin şərtlərini nəzərdə tutan dövlət hakimiyyətinin ali orqanı tərəfindən qəbul edilən hüquq normalarının məcmusudur.

Cinayət hüququ iki hissədən, ümumi və xüsusi hissələrdən ibarətdir. Ümumi hissə özündə cinayətin anlayışını, cinayət hüquq normalarının ümumi prinsiplərini, cinayət və cəza məsələlərini əhatə edir. Xüsusi hissə isə hansı əməllər konkret cinayətin məzmununu təşkil etməsini, bu əməllərə görə hansı növ cəzaların təyin edilə bilməsini əhatə edir.

Cinayət hüququnun predmeti dedikdə – cinayət əməli törədilməsi nəticəsində yaranan ictimai münasibətlərin nizama salınması anlaşılmalıdır.

Cinayət hüququnun metodu dedikdə – cinayət hüququna olan cinayətkarlığın müəyyən edilməsi,cəmiyyət üçün təhlükə törədən hərəkət və hərəkətsizliklərin yalnız bu hüquqa məxsus olan yollar və qaydalara qarşısı, şəxsiyyət və dövlətə qarşı törədilən hüquq pozğunluqlarının müəyyən edilib günahkar şəxsin məsuliyyətə alınıb cəzalandırılması kimi anlaşılmalıdır. Əgər iki hissəsini bir-birindən təcrid edilmiş halda təsəvvür etmək olmaz.

Azərbaycan cinayət məcəlləsi cinayət hüququna əsaslanaraq həmçinin iki sadalanan hissələrdən ibarətdir.

Cinayət məcəlləsinin ümumi hissəsi ictimai təhlükəli əməllərin hamısına aid edilən ümumi normalar nəzərdə tutulur. Burada cinayətin anlayışı, cinayət qanunvericiliyinin məqsədləri, cinayət məsuliyyətinin əsasları, cinayət qanunun zamana və məkana görə qüvvəsi, cəzanın məqsədi, cəzanın əhəmiyyəti və məsuliyyəti istisna edən hallar əsas götürülür. Cinayəti ağırlaşdıran və yüngülləşdirən hallar, tərbiyə və məcburi müalicə tədbirlərinin tətbiqinə əsas verən hallar həmçinin bu hissədə öz əksini tapmışdır.

Cinayət məcəlləsinin xüsusi hissəsindən konkret cinayətlərin məzmunu və onları işlətməyə görə cəzalarayrı-ayrı maddələrdə göstərilir.

Cinayət məcəlləsinin müxtəlif bölmələrində yerləşdirilmiş maddələri bir neçə bənddən ibarət olmaqla cinayətkarlıqla mübarizə üçün cinayətin ağırlığı, edilmə şəraiti və s. xüsusiyyətlərinə görə cəza tədbirləri nəzərdə tutulur.

CİNAYƏTLƏRİN TƏSNİFATI

Təsnif öyrənilən hadisələrin hər hansı ümumi əlamət siniflərə də bölgüsüdür ki, burada hər sinfin başqasına münasibətdə yeri dəqiq müəyyən olur.

Cinayətlərin təsnifi cinayətin anlayışı ətrafında idrakı daha yüksək pilləyə qaldırır, elmi təsəvvürü dərinləşdirir. Beləliklə, cinayətlərin təsnifatı bütün cinayət əməllərinin hər hansı ümumi əlamətə əsasən cinayət törətmiş şəxslər barəsində yaratdığı hüquqi nəticələri göstərməklə qanunvericilik yolu ilə təsbit edilən

bölgüsüdür.

Cinayətlərin təsnifatı müxtəlif əsaslarla (meyarlarla) aparıla bilər. Cinayətlərin ictimai təhlükəlilik dərəcəsinə görə təsnifatı daha aktual hesab edilir. Belə təsnifat, birinci, cinayətkarlığın aşağı və yuxarı sərhədlərini müəyyən edir, ikinci, məhkəmə təcrübəsinin vahid qaydada aparılmasını təmin edir, cinayət statistikasının və kriminologiyanın empirik materiallarla təchiz edilməsinə kömək edir.

Qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı konkret olaraq müəyyən edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.

Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə CM-lə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.

Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 12 ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

Qəsdən törədilməsinə görə 12 ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.

 

 

 

 

CİNAYƏT MƏSULİYYƏTİNİN YARANMA ƏSASLARI

Cinayət məsuliyyəti, hüquqi məsuliyyətin bir növü olub, cinayət qanunu ilə dövlət tərəfindən müəyyən edilir. Cinayət məsuliyyəti cinayət törətməkdə təqsiri olan şəxsin dövlət adından mühakimə edilməsini və onun barəsində cəzanın tətbiqini nəzərdə tutur.

Cinayət məsuliyyətinin məzmununu aşağıda qeyd edilən dövlət məcburiyyət tədbirləri müəyyən edir:

a) törədilən cinayət əməli və onu törətməkdə təqsiri olan şəxs dövlət adından mühakimə edilir. (məhkəmə dövlət adından törədilən əmələ ictimai-siyasi, hüquqi qiymət verir, qanunauyğun olaraq törədilən əməlin cinayət olduğunu, onu törətməkdə təqsiri olan şəxsin cinayətkar olduğunu qeyd edir);

b) məhkəmə təqsirkar barəsində törədilən əmələ görə qanunla müəyyən edilən sanksiya əsasında cəza tərtib edir.

Azərbaycan Respublikası CM-nin 3-cü maddəsindən aydın görünür ki, cinayət məsuliyyəti yalnız cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməl (hərəkət və hərəkətsizlik) üstündə meydana gələ bilər.

Hüquq ədəbiyyatında qanun üzrə cinayət əməlini xarakterizə edən zəruri əlamətlərin məcmusuna cinayət tərkibi deyilir. Hər bir cinayətin növü özünəməxsus cinayət tərkibində təsvir olunur. Cinayət tərkibi cinayətin

hansı mənafeyi qəsd etməsini (cinayətin obyekti), nə kimi hərəkət və ya hərəkətsizlik də (cinayətin obyektiv cəhəti), təqsirin hansı formasında ifadə olunmasını (cinayətin subyektiv cəhəti) və kim tərəfindən edilə biləcəyini (cinayətin subyektini) təsvir edir. Cinayətin bu dörd əlamətinin məcmusu olmadıqda, cinayət tərkibi də yoxdur və deməli, cinayət məsuliyyətinin əsasları da meydana gəlmir.

Cinayət məsuliyyəti – cinayət törədilməsi ilə yaranan cinayət hüquq münasibətinin tərkib hissəsidir, elementidir.

Beləliklə, cinayət məsuliyyəti öz ifadəsini cinayətin və cinayət törədən şəxsin dövlət adından mühakimə edilməsində və məhkəmə tərəfindən cinayətə görə cəzanın, yaxud da cinayət hüquqi xarakterli başqa təsir tədbirlərinin tətbiqində tapır. Buradan göründüyü kimi, cinayət məsuliyyəti cinayət törədən şəxsin təkcə dövlət qarşısında yaranan cavabdehliyi deyildir, həm də cinayətin törədilmə faktına görə dövlət adından cinayətin və cinayəti törədən şəxsin mühakimə edilməsi, eləcə də onun şəxsi və əmlak xarakterli məhrumiyyətlərə məruz qalmasıdır.



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.