Riyaziyyat dərslərində kompüter texnologiyalarından istifadə » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Riyaziyyat dərslərində kompüter texnologiyalarından istifadə

Riyaziyyat dərslərində kompüter texnologiyalarından istifadə

 Riyaziyyat dərslərində  kompüter texnologiyalarından istifadə
 
Riyaziyyat dərslərində kompüter texnologiyalarından istifadə

Şagirdin bir şəxsiyyət kimi formalaşmasında müəllim peşəkarlığının xüsusi rolu vardır. Hər bir müəllimin əsas vəzifəsi - yalnız şagirdlərə bilik vermək deyil, həm də şagirdin mənəvi mədəniyyətini inkişaf etdirmək, onu fəal düşüncələrə malik tərbiyəli, təhsilli, yaradıcı şəxsiyyət kimi yetişdirməkdir. Bu fikirlər "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda da xüsusilə vurğulanmışdır (1).

Vaxtilə böyük alman alimi Adolf Disterveq müəllimlərə müraciətlə deyirdi ki, uşaqlara bacardıqca az öyrədin. Onlara düşünməyi öyrədin. Onlara fikirləri deyil fikirləşməyi öyrədin, düşünən insan bilən insandır.

Bu baxımdan bilik keyfiyyətinin əsas meyarlarından biri tədris etdiyimiz materialın akademik tərəflərini araşdırmaqla bərabər, şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək, biliyin necə əldə olunması yollarını başa salmaq, nəticəyə gedən yolu araşdırmağı öyrətməkdir. Tədris prosesində biliyin praktik əhəmiyyəti şagirdlərə başa salınmalı, biliyin şagirdlər arasında təcrübə mübadiləsi, müzakirəsi aparılmalıdır. Bunu həyata keçirmək isə ən yaxşı metod fəal və interaktiv təlim metodlarından, yeni pedaqoji texnologiyalardan istifadə etməkdir.

Hazırda məktəblərimzdə geniş istifadə edilən yeni pedaqoji texnologiyaların məqsədi şagirdin idrak qabiliyyətini, təfəkkürünü, intellektual səviyyəsini inkişaf etdirməkdir. Bu gün əsas məqsəd şagirdə daha çox bilik vermək deyil, ona öyrənməyi öyrətmək, onun düşünmək qabiliyyətini, fikri fəallığını, müstəqilliyini inkişaf etdirməkdir. Şagirdə yaxşını və pisi seçməyi öyrətmək, həqiqəti öyrətmək deyil həqiqəti tapdırmaq bu gün yeni pedaqoji təfəkkürün mahiyyətini əks etdirir.

Pedaqoji təcrübəmə əsasən deyə bilərəm ki, şagirdlərin fəallığının və bilik keyfiyyətinin yüksəldilməsi, müəllimin peşəkar səriştəsindən, onun yaradıcı fəaliyyətindən və fəal, intearktiv metodlardan səmərəli istifadə etməklə mümkün olur.

Tədris prosesinə fəal təlim metodlarının daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, təfəkkürün inkişafına, təlimin keyfiyyətinin yükəsldilməsinə şərait yaradır. Fəal təlim metodlarının tətbiqi nəticəsində "Təhsil sahəsində İslahat Proqramı”nın, Təhsil Qanunun tələblərinin - təlim-tərbiyə prosesinin demokratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılması, diferensiallaşdırlılması, fərdiləşmə, inteqrasiya, səmərəlilik, keyfiyyətlilik prinsiplərini geniş tətbiq etməklə həyata keçirmək olar (2).

Belə təlim metodlarından istifadə zamanı uşaq hüquqlarına, insan şəxsiyyətinə, ləyaqətinə hörmət edilir, şagird şəxsiyyət kimi qiymətləndirilir. Eyni zamanda şagirdlərə elmi biliklər qazanmaqda, onların bacarıq və vərdişlərinin möhkəmləndirilməsində çox geniş imkanlar yaranır. Bu zaman müəllim keyfiyyətli dərsin əsas amili kimi, əks-əlaqəyə girərək müəllim-şagird əməkdaşlığında iştirak edir.

Fəal dərs sadəcə yaradıcı motivasiya və kreativ düşüncənin formalaşması üzərində qurulmaqla bitmir. Biz şagird təffəkürünü inkişaf etdirmək üçün dərs prosesini elə qurmalıyıq ki, şagirdlər Blum taksanomiyasını əks etdirən piramidanın dərketmənin bütün 6 səviyyəsini (qavrama, bilik, təhlil, tətbiq, sintez, qiymətləndirməyə ) qədər gəlib çıxa bilsinlər.

Dərs prosesindəki müşahidələrimə əsaslanaraq əminliklə deyə bilərəm ki, şagirdlərdə yüksək düşüncə tərzini formalaşdırmaq üçün ilk növbədə motivasiya düzgün qurulmalıdır. Verdiyimiz ilkin biliyi şagird necə qavrayırsa o şəkildə tətbiq edir və qavramaya görə Blumun aşağı səviyyəli dərketmə formalarından təhlil, sintez, qiymətləndirməyə gəlir. Sinifdə tətbiq olunan ilkin biliyin perspektivliyini artırmaq üçün , şagirdlərdə fərdi xüsusiyyətləri inkişaf etdirəcək hər şagirdin bilik səviyyəsinə uyğun tapşırıqlar hazırlamaq, tədris prosesini motivasiyasını artırmağa yönəlmiş tədris sistemi kimi təkmilləşdirməyə səy göstərmək lazımdır Səmərəli bilik transfer etmək, həm də şagirddə özünü inkişafı tətbiq edilə bilər, çünki müasir tədris prosesində dərsin standartı reallaşdıracaq tərzdə qurulmasının aparıcı rolu, böyük imkanlar yaradır, informasiyalaşdırma mühitini artırır. Riyaziyyatın tədrisində informasiya texnologiyalarından istifadə etmək dərsi maraqlı və anlaşıqlı edir . Sinif kompüter təminatı ilə tam təmin olunsa , şagirdlər özlərini daha yaxşı hiss edirlər, kamfortlu şərait tədrisin yeni xüsusiyyətlərini bilmyə imkan verən bir vasitədir.

Kompüter texnologiyasından istifadənin əsas məqsədi fikrimcə, bir tərəfdən uşaqların intellektual potensialının genişləndirilməsi üçün mükəmməl mühit, digər tərəfdən isə onların kütləvi informasiya məkanına aludə olması üçün təhlükə yaradır. Bütün bunları nəzərə alaraq virtual, kompüter texnikasından düzgün istifadə etmək üçün yaş həddi nəzərə alınmalı və buna müəllimlər tərəfindən nəzarət vacibdir!

İnternet nəhəng bir resursdur. Ondan faydalı istifadə etmək , məqsəd və təlimin məzmununu dəyişir: Gəlin təhsil prosesində İKT-dən istifadə üçün aşağıdakı variantları nəzərdən keçirək:

Kompüter laboratoriyasında keçirilən dərsdə aşağıdakı vəzifələr həyata keçilir:

• birincisi bəzi mövzulara uyğun krossword, pazl, qrafik, oyunlar, dəyirmi masalar və çədvəlləri yaratmaq üçün PC istifadə edərək, təhsil materialını işləmək, ikincisi, müxtəlif proqram imkanlarını tədqiq etmək;

• müstəqil iş mövzusunda ənənəvi dərslər elektron informasiya resursları ilə, xüsusi təlim sistemləri, elektron dərslik (uzaq) ilə əvəz olunur.

Riyaziyyatda informatikanın tətbiqi olduqca mürəkkəb mövzudur. Buna görə də, resursların, tədris metodları və texnologiyaların ən yaxşı birləşməsini tapmaq lazımdır ki, təlimin səmərəliliyini artıraq.

Tədrisin keyfiyyətini yüksəltməkdə, öyrənmə prosesində məlumat mübadiləsi və müzakirəsi olmadan mümkün deyil. Bu gün "İnformasiya texnologiyaları" termini deyiləndə elektron resurslar vasitəsi ilə toplanmş informasiyaların emalı, təqdimatı və informasiyadan istifadə üsül və vasitələri prosesləri nəzərdə tutulur. Bunlarla yanaşı müəllimin qarşısında üç prinsip var:

• adaptasiya prinsipi;

• interaktiv prinsip;

• fərdi prinsip.

Belə ki, adaptasiya prinsipi mürəkkəbliyi, əhatə dairəsi və məzmunu əyani vəsaitlərlə, təhsil material fərqləndirmə ilə müxtəlif səviyyələrdə həyata keçirilməsi mümkündür.

Bu prosesdə ineraktiv metodların tətbiqi mühüm əhəmiyyət kəsb edir. "İnteraktiv” bizə ingilis dilindən keçərək üç mənada təqdim olunur. Birincisi "interno” şəklində, yəni "daxili”, "daxil olmaq" mənasında, ikinci, "İnter" dialoq, əməkdaşlıq, üçüncü isə "international” şəklində "beynəlxalq əlaqə” mənasında işlədilir. "Aktiv” sözü isə beynəlxalq staus almış "aktivation” sözündən olub "fəal”, "fəallıq”, "fəallaşmaq” mənasında işlədilir. Deməli, "interaktiv” sözü pedaqoji prosesi son dərəcə dinamik fəallaşdırılması kimi başa düşülməlidir. Bu dərsin bütün mərhələlərində həyata keçirilməlidir.

İnteraktiv prinsip dialoq və pedaqoji yönümlü şəklində istifadəçi ilə fəal qarşılıqlı interfeys əlaqədə olan şagirdin şüurlu fəaliyyətini idarə edən kompüter əməliyyatları tərəfindən dəstəklənən və mühit prinsipidir.

Fərdi prinsipi fərdi vəzifələri ilə təmin olunmanın və onların icrası nəticələrini yoxlamaq, təhsil fəaliyyətinin aktivləşməsinin öyrənmə gücünü artıraraq şagirdlərə müstəqil iş üçün şəraitin yaradılmasını nəzərdə tutur.

İnteraktiv təlimə tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusu kimi baxmaq olar. İnteraktiv təlim üçün aşağıdakı cəhətlər səciyyəvi ola bilər:

-müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;

- problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;

- şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.

Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.

İnteraktiv təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

İnteraktiv təlim prosesində şagirdin mövqeyi – "kəşf edən”, "tədqiqatçı”, ataşdırıcı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Şagirdlər təlim prosesində passiv dinləyici deyil, fəal düşünən, danışan, fikir söyləyən, münasibət bildirən, bi subyekt, təlim prosesinin tamhüquqlu iştirakçısı, tədqiqatçısı kimi çıxış edir və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.

Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı") daha çox istiqamətverici mövqeyindədir. O, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.

Son dövrlərdə nəşr olunan "Pedaqogika" dərslik və dərs vəsaitlərində prof. R.L.Hüseynzadə, (3) prof. L.N. Qasımova (4) çox haqlı olaraq fəal və interaktiv təlim metodlarına geniş yer vermişlər. Tədqiqatçı alim, pedaqoq Z. Veysova bu sahədə bir neçə dəyərli vəsait yazmış və qiymətli tədqiqatlar aparmışdır (5). Bu dəyərli mənbələrdə xüsusilə göstərilir ki, təlim prosesində interaktiv metodların tətbiqi zamanı müəllimdən ilk növbədə yaradıcılıq, peşəkarlıq səriştəliliyi, novatoqluq tələb edilir .

Qeyd edək ki, bu prosesdə kompüter texnologiyalarını xarakterizə edən meyarlara ciddi əməl edilməlidir:

• texniki mühit (əsas vəzifələri üçün istifadə texnika növü);

• proqram ətraf mühit (proqram alətlər dəsti);

• mövzu mühit (elm, texnologiya, bilik xüsusi domen məzmunu);

• metodiki mühit (təlimat, istifadə, performans qiymətləndirilməsi və digər əmri.).

Yuxarıda əsasən, ilk növbədə riyaziyyatın öyrənilməsində informasiya texnologiyalarının tətbiqini sadaladım. Bu proqramlarla işlərkən yalnız tanışlıq deyil, eyni zamanda özlərini maarifləndirmək üçün müəllimlərlə yanaşı şagirdlər də yüksək professionallıq əldə edə bilərlər.

Müəllim nə qədər məhsuldar işləyərsə, şagirdlərin kommunikativ bacarıqlarının inkişafı bir o qədər innovatik, bilikyönümlü, şəxsiyyətyönümlü olar. Çünki, riyaziyyatda İnformasiya texnologiyalarının və Veb 2 alətlərinin tətbiqi şagirdlər üçün daha cəlbedicidir.

Riyaziyyat dərsində İKT-dən istifadə motivasiyasını artırmaq, vaxta qənaət, bilik və bacarıqların çoxtərəfli və hərtərəfli mənimsənilməsini fəallaşdırır ki, bu isə fəal dərsin əsas şərtlərindən biridir. Mövzunun aydın və rəngarəng materiallarla təmsil olunması dərsə marağı artırır.

İnformasiya texnologiyalarından dərslərdə istifadənin müxtəlif növləri vardır:

1.Dərs-mühazirə; dərs hazırlanması və problemlərin həlli;

2.Yeni materialın dərsə tətbiqi; Integrated dərslər, və s.

Fikrimizcə, müəyyən bacarıq və bilik tələb edən yeni anlayışlar, nümayiş modelləri kimi Mathlab, Matematik, Texnolojik, Ceo-cebra,Wolfhram saytları müasir təhsil standartlarına tam uyğundur. Bu tədris metodları (məlumat və qəbul, reproduktiv, problem, araşdırma) necə öyrənmək prosesinə imkan verir.

Bu saytların orta və aşağı təhsil imkanlarından şagirdlər suallara cavab tapmaq, ümumiləşdirilmək və biliklərini sistemləşdirmək, yüksək akademik qabiliyyət, müxtəlif idrak və düşüncə tərzini genişləndirmək və biliklərini dərinləşdirmək üçün istifadə edir.

Riyaziyyatda İKT-dən istifadə təcrübəsi ən effektiv üsul hesab edilə bilər. Eyni kompüter sinifindən istifadə, multimedia alətləri ilə təşkil olunan interaktiv dərslər səmərəliliyi dəfələrlə artırır, şagird yalnız bir passiv tamaşaçı və ya dinləyici olmur o, fəal təlim prosesinə cəlb olunur.

Ədəbiyyat

1. Azərbayacan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strtagiyası.(24 oktyabr, 2013 - cü il prezident sərəncamı)/ Xalq, 25 oktyabr, 2013.

2. Təhsil haqqında Azərbaycan Respublikaısnın Qanunu. Bakı:"Hüquq ədəbiyyatı", 2009.

3. Hüseynzadə R.L. Pedaqogika. Dərslik. 2 cilddə. Bakı: Mütərcim, 2013.

4. Qasımova L.N. Pedaqogika. Dərslik. Bakı: BDU, 2013

5. Veysova Z. Fəal – interaktiv təlim: müəllimlər üçün vəsait. Bakı, 2007.

Açar sözlər: Təlim prosesi, kompüter texnologiyası, fəal və interaktiv təlim metodları.

Ключевые слова: Процесс обучение, компьютерные технологии, активные и интерактивные методы обучения.

Keywords: Learning process, computer technology, active and interactive learning methods.

 

РЕЗЮМЕ

А.Г.Рзаева

Использованиекомпьютерные технологии на уроках математики

В статье рассказывается о преимуществе использование компьютерные технологии и интерактивного метода обучения. Указывается что эти методы сильно действует на повышение кaчество обученияи активизирует познавательный интерес школьников в педагогическом процессе.Использование информационных технологий в процессе преподавания математики даёт то, что учебник дать не может; компьютер на уроке является средством, позволяющим обучающимся лучше познать самих себя, индивидуальные особенности своего учения, способствуя развитию самостоятельности.

В этом процессе особенно должны уделяться профессиональность и компетентность учителя. Авторитет, личность педагога, его разнообразные достоинства являются залогом успеха учащихся.

 

SUMMARY

Aytac Rzaeva
The use of computer technology in the mathematics lessons

The article describes the advantages of using computer technology and interactive teaching method. It specifies that these methods greatly affects improving training and activates the cognitive interest of pupils in the pedagogical process. Use of information technology in the teaching of mathematics provides that a textbook can not give; the computer in the classroom is a tool that allows students to better know themselves, the individual characteristics of his teaching, promoting self-sufficiency.

In this process, in particular should be given to the professionalism and competence of the teacher. The authority, the identity of the teacher, his various merits are the key success of students.

 

 

 




SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.