Kreykeqor fəlsəfəsi » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Kreykeqor fəlsəfəsi

Kreykeqor fəlsəfəsi

 Kreykeqor fəlsəfəsi 
Kreykeqor fəlsəfəsi.

19-cu əsr Danimarka teoloqu Sorn Kreykeqor Ekzistensializmin dini-mistik təlimlərinin banisi, irrasional subyektiv idealizmin nümayəndəsi, eyni zamanda tanınmış bir din filosofudur. Əsərlərində dinin əsl mahiyyətinə, başlıca prinsiplərinə, aktual problemlərinə toxunduğundan onun fəlsəfəsini yanlız bir dinə aid etmək doğru olmazdı. Bu baxımdan, Kreykeqorun fəlsəfəsi etiqadından asılı olmayaraq "tanrı və fərd” mövzusunda düşünən hər bir insanın yoluna saçılan bir işıq kimidir.
Filosof qatı dindar ailədə böyüməsinə baxmayaraq xristianlığa mühafizəkar mövqedən yanaşmayıb, onun yenilənməsini, islahatların zəruriliyini irəli sürdü. O, sələfi Sokrat kimi fəlsəfənin insan həyatına laqeyd qalmasını tənqid edərək onun əsas vəzifəsinin fərdin konkret həyatına yönəlməli olduğunu qeyd edirdi. Hegelçiliyin abstrakt düşüncəsinə, obyektiv ideyalizminə qarşı olan filosof bildirir ki, bu nəzəriyyə insanı gündəlik qayğılar içərisində boğaraq onun mövcudluğunun mahiyyətin, varlığın özünə unutdurur. Və bu nəzəriyyəyə qarşı olaraq özünün irrasional subyektiv ideyalizmin ortaya qoyur və fəlsəfəsində din və Tanrını tamamilə fərdi bir mövzu olaraq dəyərləndirir.
Kreykeqor yazır ki, dünyada yaşayan insan ümumi həyat qayğıları içərisində yüzlərcə insanın və hadisənin arasında itib-bataraq öz mövcudluğunun fərqinə varmır, varlığını unudur. Buda insana ən çətin anlarda heç bir fayda, köməklik göstərə bilmir və beləliklə insan öz yaradılış hədəfini gerçəkləşdirə bilməyərək ömrünü puç edir. Bu təhlükənin qarşısını almaq üçün insan özünü oyandırmalı, qəflətdən ayılmalıdır. Kreykeqor ən yaxşı vasitənin ümitsizlik, qayğılı qorxu və iç sıxıntısı olduğunu bildirir. İnsan sonlu varlıqların bir gün ondan alınacağını, ətrafındakıların ona yardım etməkdə aciz olduqlarını dərk edərək düyadan ümitsiz olarsa və qəlbində iç sıxıntısı duyarsa özündə oyanıqlığı yarada bilər. Filosof özü yazır ki: " insanın inkişafı başqalarından ümitsiz olmaqdan keçir.
Digər bir vasitə isə yalnız qalmaq, Allah tərəfindən unudulmaq, bağışlanmamaq, diqqətdən kənar qalmaq qorxusudur ki, Kreykeqorun fikrincə bu hisslər bütün insanların fitrətində yerləşib. İnsan onları oyandırsa və davamlı saxlaya bilərsə o zaman öz varlığının fərqinə varmış olar.
Ancaq bunlardanda ən təsirlisi, insanın sonlu varlıqlardan əl çəkib Tanrı ilə əlaqəsin möhkəmlədəcək ən yaxşı vasitə Ekzistensializmin digər nümayəndəsi, Kreykeqorun xələfi, Alman filosof M.Haydeggerin fikrincə labüd ölümümüz üzərində kifayət qədər çox fikirləşməkdir. Ölümü çox düşünməklə biz digər insanlardan ümitsiz olaraq onlar üçün yaşamaqdan əl çəkəcək və azad olmaqla öz yaradılışımızın mahiyyətinə varmış olacağıq.

Etiketlər: Kreykeqor fəlsəfəsi, Sorn Kreykeqorun varlıq fəlsəfəsi, Sorn Kreykeqor, varlıq fəlsəfəsi



SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.