BƏSDİR, BU QƏDƏR BAŞLAMA FƏRYADƏ, ƏKİNÇİ!- Mirzə Ələkbər Sabir » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » BƏSDİR, BU QƏDƏR BAŞLAMA FƏRYADƏ, ƏKİNÇİ!- Mirzə Ələkbər Sabir

BƏSDİR, BU QƏDƏR BAŞLAMA FƏRYADƏ, ƏKİNÇİ!- Mirzə Ələkbər Sabir

  • 28-09-2014, 00:26
  • 568
  • 0
  • Şeirlər, Seçmələr
BƏSDİR, BU QƏDƏR BAŞLAMA FƏRYADƏ, ƏKİNÇİ!




Bəsdir, bu qədər başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!

Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a gədə, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi?!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu əldən sərü samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını neylim?
Ol indi palaz satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə сох çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!
Çəltik də gətir, аrpа da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə əkinçi!

Sən hey de yoxumdur, çıxarıb canını, allam!
Vallahı oyub dideyi-giryanını, allam!
Şallağa tutub peykəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütçü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrənməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım;
Meysiz, məzəsiz bitməz olur şamü nəharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!


SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.