Statistika - Ceyhun Mikayilov » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » Statistika - Ceyhun Mikayilov

Statistika - Ceyhun Mikayilov

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Statistika istər başqa sahələrdə, istərsə də iqtisadiyyat və biznes sahələrində daha adekvat qərarların verilməsinə imkan verən elm sahəsidir. Statistika anketlərin və eksperimentlərin aparılması ilə məlumatların əldə olunması da daxil olmaqla, məlumatın bütün detalları və aspektləri ilə məşğul olur. Statistika həmçinin qərar vermə prosesində istifadə etmək üçün məlu-matın toplanması, işlənərək klassifikasiya edilməsi, təhlili və mənalı nəticələrin çıxarılması üsul və metodlarını öyrədir. Statistika seçilmiş nümunə məlumatlarından istifadə edərək populyasiya (ana müşahidə, əsas çoxluq) haqqında fikir yürütmə, ümumiləşdirmə aparma və qiymətləndirmə elmidir. Statistika məlumatın qərar verə bilmə prosesində istifadəyə yararlı hala gəlməsini təmin edir. Statistik biliklərə əsaslanaraq verdiyimiz bu qərarlar bizə, işlədiyimiz şöbəni, şirkəti və ya bütöv bir iqtisadiyyatı idarə etməkdə kömək edir. Statistikanı bilməklə iqtisadçı hadisələrə faktlar əsasında izah verə bilir, eyni zamanda gələcəkdə baş verə biləcək iqtisadi hadisələri müəyyənləşdirərək bundan düzgün istifadə etmək imkanı əldə edir. Statistika həm təbiət elmlərində, həm də sosial elmlərdə geniş istifadə olunur. Bu qədər geniş tətbiq sahəsi olan və ali təhsil pilləsində zəruri nəzəri biliklərə də mühim yer verməklə, xüsusilə tətbiqi yöndən konkret sahələrdə, o cümlədən gündəlik həyatımızda istifadə edilməsi nəzərdə tutulan statistika elminin günün tələbləri istiqamətində öyrənilməsi üçün kitabların, dərs vəsaitlərinin hazırlanması bir zərurətdir. Təqdim olunan vəsait bu tələbatdan irəli gələrək yazılmışdır. Kitab, müəlliflərin Qafqaz universitetində statistika fənninin tədrisində istifadə etdikləri "Statistika" fənn proqramı əsasında hazırlanmışdır. Kitab, statistikanın öyrənilməsini asanlaşdıracaq şəkildə məntiqi ardıcılıqda bölmələrə ayrılmış, mövzuların öyrənilməsi üçün zəruri nəzəri məlumatlar verildikdən sonra həlləri ilə verilən çalışmalar, vizual öyrənmənin təmin olunması üçün şəkil və qrafiklər, daha sonra da sərbəst həll etmək üçün nəzəri-praktiki çalışmaların verilməsiylə daha da zənginləşdirilmişdir.
Diqqət! Bu Faylı YÜKLƏYƏBİLMƏK üçün qeydiyyatdan keçməlisiniz.


SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.