Qloballaşma - ümumbəşəri proses kimi » Təhsilə Dəstək!!! ekitab.net
Ən çox oxunan
» » » Qloballaşma - ümumbəşəri proses kimi

Qloballaşma - ümumbəşəri proses kimi

  • 16-11-2016, 19:50
  • 287
  • 0
  • Siyasət xəbərləri
  Qloballaşma - ümumbəşəri proses kimi

Qərb Universitetinin magistrantı
Ülkər Süleymanova
Qloballaşma - ümumbəşəri proses kimi
Müasir dünya siyasətində bir çox inkişaf prosesləri və meylləri müşahidə olunur. Bu proseslər içərisində qloballaşma xüsusi yer tutur. Qloballaşma dünyanın müasir inkişafında son illər bəlkə də ən çox müzakirə olunan va eyni zamanda dəqiq, konkret müəyyən edilməyən proseslərdən biridir. Qloballaşma adlanan bu proses XX əsrin əvvəllərindən başlayaraq işlənməkdə olan bir termindir. 1917-ci ildə Rusiya sosialist inqilabı və daha sonra II Dunya Müharibəsindən sonra Şərqi Avropa, Çin və Kuba kimi ölkə və bölgələrin kapitalist sistemindən qopması bu prosesi ləngitdi. 1970-ci illərdən etibarən qloballaşma yenidən sürət götürmüş olsa da, yuxarıda bəhs edilən ölkələrdə bu bürokratik rejimlərin çökməsi və kapitalizm yoluna keçməsi ilə birlikdə, 1990-cı illərdən sonra kapitalist böyük sərmayə dünya səviyyəsində bu dəfə daha da böyük bir vüsətlə və daha geniş bir coğrafiyada yayılmağa, hakimiyyətini dərinləşdirməyə başladı. Beləliklə, qloballaşmanın günümüzdəki vəziyyəti bu inkişafın nəticəsidir. Bu gün qloballaşmaya aid edilən məsələləri aşağıdakı kimi göstərmək olar:
- Siyasi, sosial, iqtisadi və mədəni əlaqələrin inkişafı;
- Amerika dəyərlər sisteminin qələbəsi, neoliberal iqtisadiyyat proqramının siyasi demokratikləşmə proqramı ilə birləşməsi;
- Çoxsaylı və sonu məlum olmayan nəticələrə gətirib çıxaran texnoloji inqilab;
- Dövlətlərin qlobal həll tələb edən qlobal problemləri (dəmoqrafiya, ekologiya, insan hüquqları və nüvə silahının yayılması) həll etmək qabiliyyətinin olmaması.
Qloballaşma prblemini aktual edən əsas səbəblər aşağıdakılardır:
‐ Qloballaşma, pozitiv və neqativ dəyər verilmədən, analitik olaraq düşünülməsi və həll edilməsi və ciddiyə alınması lazım gələn bir fenomendir;
‐ Qloballaşma, bizləri iqtisadi inkişaf proseslərini və siyasətlərini düşünürkən alışıq olduğumuz millət‐dövlət paradiqmasının ötərində bir sahədə düşünməyə vadar edən bir fenomendir;
‐ Qloballaşma, lokal idarələrin və açıq cəmiyyət institutlarının iştirak tələbləri təməlində, planlama prosesinə iştirakçı bir keyfiyyət qazandırmaqda və rasional idarəni iştirakçı bir tərzə dönüşdürməkdədir.
- Qloballaşma ən yeni informatika və telekommunikasiya vasitələri əsasında bəşəriyyətin böyük hissəsinin vahid iqtisadi-maliyyə, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması prosesidir.
Qloballaşma prosesi bütün dünya ölkələrini əhatə edən, əhatə dairəsinə alan iqtisadi, siyasi, sosial və mənəvi-ideoloji bir prosesdir. Müasir dövrdə bu prosesdən kənarda qalmaq qeyri-mümkündür. Cəmiyyətin tarixi inkişafının müxtəlif mərhələlərində baş vərən qloballaşma prosesi müasir beynəlxalq əlaqələrdə baş verən obyektiv bir prosesdir.
Qloballaşma prosesi çoxölçülü va çoxaspektlidir. Bu gün qloballaşmanın daha çox maliyyə-iqtisadi, sosial-siyasi, hərbi və informasiya aspektlərindan bəhs edirlər. Lakin qloballaşma həm fərdin, həm da bütövlükdə cəmiyyətin həyat fəaliyyətinə həm müsbət, həm də mənfi təsir göstərir, yəni qloballaşma ikili və ziddiyyətli prosesdir. Qloballaşma həm pozitiv, həm də neqativ hadisələrlə nəticələnir. Pozitiv nəticələr aşağıdakı prosesləri əhatə edir: Son dövrdə sənaye sivilizasiyasının yaranması, iqtisadi sistemlərin formalaşması, elmi texniki tərəqqi nəticəsində informasiya cəmiyyətinə keçid, kommunikasiya və informasiya texnologiyalarının inkişafı nəticəsində insanın üstünləşməsinə, ixtisaslaşmasına şərait yaranmışdır; dünyanın ayrı-ayrı ərazilərində geosiyasi, geosivilizasion, geoiqtisadi planda qarşılıqlı əlaqələr yaranmış və güclənmişdir; mövcud dünya sivilizasiyalarının idəntikliyini qoruyub saxlamaq və inkişaf etdirmək meyli artmışdır; qloballaşma dialoq üsulu kimi sivilizasiyaya doğru inkişafda əsas humanist idəyaya çevrilmişdir; yoxsulluq, ərzaq çatışmazlığı, elmi-texniki tərəqqi, ekologiya, təbii sərvətlərdən istifadə, dəmoqrafiya, miqrasiya, terrorizm, böhran vəziyyətləri, regional konfliktlər lokal çərçivədən çıxaraq qloballaşmış və onların həllində bəşəriyyətin birgə səyinin yaradılmasını zəruri etmişdir; qloballaşma nəticəsində dünya inkişafı proqnozlaşdırılır və proqramlaşdırılır; insan hüquqlarının müdafiəsi, beynəlxalq hüquq normalarının təkmilləşməsi baş vermişdir.
Qloballaşma nəticəsində yaranan neqativ hadisələrə güclü hərbi sənayeyə və iqtisadiyyata malik olan dövlətlərlə inkişaf etməkdə olan dövlətlər arasında ziddiyyət proseslərinin baş vərməsini, Qərb və Şərq sivilizasiyaları arasında ziddiyyətlərin dərinləşməsini, həmçinin kütləvi emiqrasiya axınları nəticəsində "yerlilər” və "gəlmələr” arasında ziddiyyəti, siyasi, hərbi, iqtisadi hökmranlığa can atan dövlətlərin, həm də sivilizasiya üstünlüklərinə malik olması nəticəsində "doğmalar” və "özgələr”, "elitar” və "qeyri-elitar” cəmiyyətlər arasında ziddiyyəti, amerikalaşma, homogenləşmə, kommersiyalaşma, qərbləşmə standartlarının digər sivilizasiyalarda narazılıq doğurmasından törəyən ziddiyyətləri misal göstərmək olar. Həmçinin qloballaşmanın güclənməsi dünya miqyasında qlobal cinayətlərin, narkomaniyanın, böyük mafiyaların, beynəlxalq terrorun yaranmasına gətirib çıxarmışdır.
Qloballaşma tamamilə spesifik cəhətdən dünyanı inteqrasiyaya məruz qoyur. Bəzi inteqrasiya cəhdləri həqiqətən birləşməyə aparır, digəri isə barışmaz ziddiyyətləri üzə çıxarır. Bütün mövcud əlamətlər bir daha sübut edir ki, dünya birliyinin differensiasiyası nəinki saxlanılacaq, həm də yeni ölçü əldə edərək, bir az da amansızlıq elementlərinə malik olacaqdır. Kütləvi kommunikasiya əsrində bərabərsizliyin fiksasiyası (daha vacibi isə ümid verən alternativin olmaması) ola bilər ki, olduqca sürətlə narazılıq və qarşıdurma yanğınını törədə bilər.
Beləliklə, bəşəriyyət özünün mövcudluğu dövründə ən mürəkkəb eraya qədəm qoyub, bu dövrdə dünya eyni zamanda təşkilatlanır və xaotik olur, qloballaşır və lokallaşır, birləşir və bölünür. Beləliklə, qloballaşma iqtisadi sahədə çox böyük inkişaf eldə edərək XX əsrin sonunda çərçivədən çıxaraq real şəkildə dünyanın siyasi strukturunu yenidən formalaşdırmağa başladı. Buna görə də, bu gün tədqiqatçıların diqqət mərkəzində qloballaşma ilə bağlı aşağıda qruplaşdırdığımız məsələlərdə fikir ayrılığı var:
• qarşılıqlı asılılıq olan dünyada ümumbəşəri maraqlarla, milli və etnik xüsüsiyyətlər arasında;
• qloballaşma və eyniləşməyə cəhdlə, xalqların öz müqəddəratını təyinetmə, sosial birlik, şəxsiyyət arasında;
• dövlətin daxilində saxlanılan ictimai asayişlə beynəlxalq münasibətlər çərçivəsində hakim olan "təbii vəziyyət” arasında və b.
Geniş yayılmış belə bir fikir mövcuddur ki, qloballaşma milli dövlətlərin nüfuzunu və siyasi hakimiyyətinin itirilməsinə aparır. D. Bellanın formuluna görə isə qloballaşma "gündəlik böyük problem üçün olduqca kiçik, kiçik problem üçün həddindən artıq böyük forma alır”. Qloballaşmanın daha radikal tərəfdarları, hətta milli dövləti "nostaljik fiksiya” adlandırır və iddia edirlər ki, "milli dövlət erası özünün yekununa yaxınlaşır... Tam ehtimal olunur ki, postmilli qayda-qanun homogen fərdlər (milli dövlətlərin müasir sistemi) sistemine deyil, heterogen fərdlər arasındakı sistemə təsir göstərəcək (belə ki, bəzi sosial hərəkatlar, maraqlı qruplar, peşəkar birliklər, qeyri-hökumət təşkilatları, silahlı birləşmələr, hüquqi strukturlar və s.)”.
Qloballaşma şəraitində dövlətlərin bir sıra proseslərə nəzarət etməsi dünyada stabilliyin saxlanılması üçün zəruridir. Müasir dövrdə bunu güc balansı adlandırılır. Güc balansı bir sıra əsaslar nəticəsində qurulur:
- biopolyar əsas (dünyada və ya onun bir sıra regionlarında hegemon olan dövlətlər arasında bərabərlik)
- unipolyar əsas ( bu zaman bir hegemon dövlət dominant olur)
- polipolyar əsas ( ümumi bərabərliyi sığortalayan bir neçə güc və təsir mərkəzləri vardır).
Qloballaşma prosesinin analitik təhlili göstərir ki, qloballaşma yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasıdır, sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrə əsaslanan ümumbəşəri prosesdir. Müstəqillik, insanın hüquq və azadlığı, din və vicdan azadlığı, ədalət, bərabərlik kimi dəyərlər qloballaşma prosesinin ümumbəşəri dəyərləri kimi qəbul edilmişdir.
Qloballaşma yeni dövrdə bütün dünya dövlətlərini mühüm dilemmalar, faktlar qarşısında qoymuşdur. Qloballaşma ilk növbədə milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasını zəruri edir. Bu da təbiidir ki, asan deyil, kapitalın asanlıqla yerdəyişməsi, dünyanın informasiya üçün açıq olması, texnoloji inqilabın doğurduğu nəticələrdən düzgün istifadə olunması, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kommunikasiyalarının yaxınlaşması, millətlərarası münasibətlərdə müsbət meyillərin güclənməsi, yeni nəqliyyat növləri, telekommunikasiya texnologiyalarının reallaşması, təhsilin inkişafı və s. amillər bu mütərəqqi prosesdə mühüm rol oynayır.
Qloballaşma qarşısıalınmaz bir prosessdir, o, bəşəriyyətin müasir inkişafının nəticəsidir. Qloballaşma prosesi nəticəsində dünya vahid məkana çevrilmişdir, vahid məkan dedikdə beynəlxalq iqtisadi, hüquqi, mədəni və informasiya məkanı nəzərdə tutulur.


SAYTDA KİTAB VƏ MƏQALƏ YAYIMLA
 - www.ekitab.net
Mümün fayl tipləri: zip, rar, txt, doc, doc, docx, pdf, ppt, pptx, xls, xlsx
Maksimum həcm: 10240kb.
Adınız:
E-mail adresiniz:
Faylın adı:
Faylı Yüklə:
Diqqət!!! Yuxarıdakı bölmə vasitəsi ilə komputerinizdən faylı seçməyi unutmayın.
Fayl haqqında qısa məlumat:
 

QR-kod (quick response) -- müxtəlif məlumatları (adreslər, nömrələr, linklər və s.) kodlaşdıran yeni bir ştrix-koddur. Bu kod məlumatların kompakt şəkildə kodlaşdırılması üçün istifadə olunur və xüsusi scaner qurğuları vasitəsi ilə tez bir şəkildə əldə edilir. 
Müasir telefonlarda da bu kodları oxuya biləcək scaner proqramları mövcuddur və həmin proqramlarla kodu scan edib müvafiq informasiyani əldə etmək mümkündür. 
Осуждение истины
Məlumat
Hörmətli Guests, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.